Çingiz Abdullayev jurnalistləri “milli xainlər” adlandırdı MÜSAHİBƏ

11.09.2015 | 4316 dəfə oxunub

Bir neçə gündü mətbuatda Beynəlxalq Pen-Klubun Azərbaycanda nümayəndəliyi olmadığı barədə məlumatlar dolaşır. Məsələylə bağlı Azərbaycan Pen-Klubunun rəhbəri, "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev müsahibə verib.

- Çingiz müəllim, Azərbaycan Pen-Klubu Beynəlxalq Pen-Klubun nümayəndəsidimi?


- Pen-Klub Azərbaycan 21 ildi fəaliyyət göstərir. Bizim təşkilat 21 il əvvəl qeydiyyatdan keçib, şəhadətnaməsi var. Axı bunu öyrənməyə nə var? Ədliyyə Nazirliyinə zəng vurub öyrənsinlər. Nazirlik də bizim qeydiyyatdan keçib-keçmədiyimizi deyəcək. Bu qalmaqalı yaradan bizim jurnalistlərdi, milli xainlərdi. Bir dənə sənədə görə Londona zəng ediblər, onlar da Azərbaycana qarşı tədbir görüblər.

- Pen-Klubun internet səhifəsində müxtəlif ölkələrdəki PEN mərkəzlərinin adları qeyd olunub. Azərbaycan PEN-Klubunun adı bu siyahıda yoxdu.

- Var. Siz yalan deyirsiz. Sadəcə, biz onlarla Qarabağ məsələsində razı deyilik deyə bizi dəstəkləmirlər.

- Axı Beynəlxalq PEN-klubun nizamnaməsində yazılıb ki, onlar heç bir dini, irqi, milli ayrı-seçkilik eləmirlər.

- Maqsud İbrahimbəyov 20 il bu təşkilatın rəhbəri olub. Bütün başqa mərkəzlərlə biz əlaqə saxlayırıq. Yenə də deyirəm, biz 1994-cü ildə qeydiyyatdan keçmişik.

- Amma Beynəlxalq PEN-Klubun rəsmi saytında Ermənistanın, Gürcüstanın, hətta Çeçenistan PEN-Mərkəzinin adı var... Bizimki isə yoxdu.

- Çünki onlar Qarabağ məsələsində erməniləri dəstəkləyirlər. Buna görə biz də Beynəlxalq PEN-Klubla əlaqə saxlamırıq. Belə şeyləri yazanlar Azərbaycanı sevməyən insanlardı. Azərbaycanın pislənməsinə sevinirlər. Guya mənim yalanımı çıxarıblar deyə sevinirlər. Mənim dediklərim necə yalan ola bilər, axı bu təşkilat var və orda 70 adam işləyir. Qoy zəng vursunlar, Ədliyyə Nazirliyinə, öyrənsinlər. Ay qurban olum, axı biz azərbaycanlıyıq, belə olmaz. Azərbaycan qanunları ilə bu təşkilat qeydiyyatdan keçib.

- Belə çıxır ki, Azərbaycan PEN-Klubunun Beynəlxalq PEN-Kluba və ya PEN İnternational-a aidiyyatı yoxdu, müstəqil təşkilatdı.

- Əlbəttə, aidiyyatı var.

- Bu əlaqəni təsdiq edən sənəd varmı?

- Bizim Ədliyyə Nazirliyindən qeydiyyat şəhadətnaməmiz var. Azərbaycan qeydiyyatsız təşkilat ola bilməz.

- Beynəlxalq PEN-Klub açıqlama verərək bildirib ki, Azərbaycan PEN-Klubu bizim təşkilatımız deyil.

- Bəli, düz deyir. Sadəcə mən bunu deyə bilmirəm, çünki onda bəzi axmaq jurnalistlər yazacaqlar ki, PEN-Klub yoxdu. Mən yenə deyirəm, biz filial ola bilmərik. Ona görə ki, biz müstəqil təşkilatıq və Azərbaycana xidmət edirik. Vəssalam. Bizim bəzi jurnalistlər isə Londona zəng vurub ara qarışdırırlar, düşmən dəyirmanına su tökürlər. Çünki xaindilər. Azərbaycan PEN-Klubu yoxdusa, bəs iki şairin İrandan azad edilməsində necə iştirak etmişdi?

- Azərbaycan PEN-Klubu bu 21 il ərzində İranda həbs edilmiş şairlərin azad edilməsindən başqa hansı işləri görüb?

- Bizim Rabitə Nazirliyi ilə layihəmiz var idi. Bütün Azərbaycan yazarlarının əsərlərini elektronlaşdırmışıq, elektron kitabxana yaratmışıq. Bundan sonra yazarlar o sayta öz əsərlərini qoyanda pul ala bilərlər. Bu layihə üçün 3 il iş aparmışıq. Yenə deyirəm, kim inanmırsa Ədliyyə Nazirliyinə zəng vurub soruşsun ki, qeydiyyatdan keçmişik, ya yox. Axı nəyə görə öz nazirliyimizə yox, fırıldaqçı ingilisə inanırlar? Bunlar azərbaycanlıdı, ya erməni? Niyə görə bunlar erməniləri dəstəkləyən adama inanırlar, amma Azərbaycanın sənədlərinə inanmırlar? Belə olmaz axı. (kulis.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail