Səmədov: "Azərbaycan yığmasında oynamaq fikrim yox idi"

24.09.2011 | 6446 dəfə oxunub

Azərbaycanlı futbolçu Aleksandr Səmədov Rusiya milli komandasına çağırılmasına növbəti dəfə münasibət bildirib. Stadium.az xəbər verir ki, Moskva “Dinamo”sunun 27 yaşlı yarımmüdafiəçisi uzun müddətdir gözlədiyi dəvət haqda rusiyalı jurnalistlərdən xəbər tutduğunu bildirib. Səmədovun sözlərinə görə, hollandiyalı Dik Advokatın baş məşqçisi olduğu Rusiya yığmasından hələ heç kim onunla əlaqə saxlamayıb: “Şəhərdə hansısa şəxsi işlərlə məşğul olurdum. Birdən mobil telefonuma zəng gəldi. Məlum oldu ki, bu, həmkarınızdır. Dedi ki, Aleksandr, xahiş edirəm ki, şərh verin. Mən də nə haqda soruşdum. O cavabında “axı sizi yığmağa çağırıblar!” dedi. İndi bu zənglər axınla gəlir. Yaxınlarım, dostlarım təbrik edir. Jurnalistlər reaksiyamla maraqlanırlar”. 

Məlum olduğu kimi, soydaşımız milli komandamızın da maraq dairəsində olub. Hətta AFFA-nın baş katibi Elxan Məmmədov Səmədovla görüşmək üçün avqustda Moskvaya yollanmışdı. Aleksandrın Rusiya yığmasına çağırılmağa layiq olmağı uzun müddət müzakirə obyekti olsa da, dəvət məhz bu görüşdən sonra gəldi. Rus həmkarlarımız oyunçudan baş katiblə görüşünün Rusiya Futbol İttifaqındakı insanları qorxutmağını soruşublar: “Buna fikir verməyin. Onlar mənimlə görüşmək istədiklərini bildirdilər. Söhbətləşdik. Karyeramın indiki mərhələsində Azərbaycan yığmasında oynamaq fikrim yox idi. İnanırdım ki, Rusiya yığmasına dəvət alacağam. Rusiya ikinci yığmasına yollanmağa isə sadəcə, motivasiyam yox idi”. 

Hələ 2003-cü ilin avqustunda düşərgəsinə gəldiyi millimizdə oynamaqdan imtina edən Səmədov Rusiya yığmasının Avro-2012-in seçmə mərhələsində oktyabrın 7-də Slovakiya, 11-də Andorra ilə rəsmi matçlarına çağırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail