“Neftçi”nin 15 nömrəli oyunçusu Erik Ramos xoşagəlməz bir hərəkət etdi"
Azərbaycan Premyer Liqasının V turu “Neftçi” – “Xəzər Lənkəran” oyunu ilə ələmətdar oldu. Stadium.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyun 1-1 hesabı ilə başa çatdı. Matç bitdikdən sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov oyunu belə dəyərləndirdi: “Bilirsiniz ki, “Neftçi” və “Xəzər Lənkəran” oyunları çətin keçir. Oyuna ciddi hazırlaşmışdıq. Skarlatake zədəli olsa da, meydançaya çıxmışdı. Heyətimizdə gənc oyunçularımız var. Matçın gedişində səhvlər edirdik. Buna baxmayaraq, vuruşub 1 xal qazandıq. Ola bilər ki, səhv edirəm, amma mən düşünürəm ki, Skarlatake ikinci sarı vərəqə almazdan öncə topa oynamışdı. Sözsüz ki, bu mənim fikrimdir. Yəqin ki, epizoda baxıb, qiymət verəcəklər. Bir məsələyə də toxunmaq istəyirəm. “Neftçi”nin 15 nömrəli oyunçusu Erik Ramos xoşagəlməz bir hərəkət etdi. Qapıçımız Orxan Sadıqlı zədədən qayıdıb, dizindən əməliyyat olunub. Dizində ağrılar hiss elədi və topu meydançadan çıxardı. Amma Erik topu bizə qaytarmadı. “Neftçi”yə və peşəkar oyunçuya yaraşan hal deyil. Erik həmişə belə hərəkətlər edib. Fasilə zamanı baş hakim Rəhim Həsənova yaxınlaşıb xahiş elədim ki, Ramosun hərəkətlərinə diqqət yetirsin. Artıq bu oyunu unutmalıyıq. Bizim zədəli oyunçularımız var. Qarşıda isə çətin oyunlar bizi gözləyir”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |