"Mən indi "Sumqayıt"ın həm prezidenti, həm də baş direktoruyam"

03.10.2015 | 5139 dəfə oxunub

"AFFA-nın İcraiyyə Komitəsinin klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərarı var. Biz bu Şuranı yaradan ilk klub olmuşuq. Klubda struktur dəyişikliyi ilə bağlı hazırda müəyyən sənədləşmə işləri aparılır".

Bunu "Report"a açıqlamasında "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev deyib.

K.Quliyev bildirib ki, struktur dəyişikliyi olacaq və hazırda klub bu istiqamətdə iş aparır: "Digər klublardakı kimi, bizdə də prezident postu ləğv olunacaq və icraçı direktorla əvəzlənəcək. Mən indi "Sumqayıt"ın həm prezidenti, həm də baş direktoruyam. Sənədlərdə belə gedir. Sadəcə, prezident vəzifəsi ləğv olunacaq. Müşahidə Şurası özü icraçı direktor təyin edəcək və onun işinə qiymət verəcək".

Klub prezidenti struktur dəyişikliyinin dəqiq nə vaxt olacağını bilmədiyini deyib: "Çünki hazırda sənədləşmə işləri gedir. Hər şey həll edildikdən sonra bununla bağlı ya bəyanat yayacağıq, ya da mətbuat konfransı keçirərək ictimaiyyəti məlumatlandıracağıq".

Qeyd edək ki, bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov "Report"a müsahibəsində "Sumqayıt" klubunda struktur dəyişikliyinin olacağını deyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail