Güloğlan Cabbarov: "Elvin bunu məqsədli şəkildə edirdi"

27.09.2011 | 26479 dəfə oxunub

“Neftçi” klubunun idman direktoru Güloğlan Cabbarov “Bakı” ilə oyundan sonra rəqib komandanın futbolçusu Elvin Əliyevin döyülməsi olayında adının hallandırılması məsələsinə münasibət bildirib. Stadium.az xəbər verir ki, Cabbarov baş verən hadisədə onun əlinin olmadığını deyib: “Mənim orada futbolçunu döyməyimdən söhbət gedə bilməz. Əksinə, Elvini onların əlindən almışam. Mətbuatda yazılanların heç bir əsası yoxdur. Bu, məni istəməyənlərin işidir. Elvini mənim döydüyümü kim yazıbsa, gəlib, sübut eləsin”.

Hadisənin necə baş verdiyini izah edən Cabbarov Elvini vurmadığını, əksinə, ona kömək etdiyini iddia edib:“Elvinə mühafizəçilər bir neçə dəfə xəbərdarlıq etdilər. Ancaq o, yenə də “Neftçi”nin avtobusunun yanından keçdi. Neçə dəfə qaytardılar. Yenə dediyindən dönməyib, gəlirdi. Mən ona heç toxunmamışam da. Əksinə, gördüm ki, üstünə tökülüşüb vururlar, onları aralaşdırdım. Bu da mənim yaxşılığımdı? Boş söhbətlərdi. Həm də söhbət artıq bağlanıb. Gəldilər bazaya, bir-birimizi başa düşdük. “Neftçi”nin futbolçusu ilə meydanda söhbəti düşüb. Sonra da gəlib “Neftçi”nin avtobusunun yanına ki, söhbəti həll eləsin. 3 dəfə dedilər, get, getmədi. Deməli, bunu məqsədli şəkildə edirdi”.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail