"Xəzər Lənkəran" rəhbərliyi futbolçulara cəza verəcək
Azərbaycan Premyer Liqasının VII turunda "Xəzər Lənkəran"ın "Qəbələ"yə 0:6 hesablı məğlubiyyətinin səbəbi araşdırılacaq.
Stadium.az xəbər verir ki, bu barədə "Report"a cənub komandasının baş məşqçisi Yunis Hüseynov məlumat verib.
O bildirib ki, həmin görüş analiz ediləcək və oyunda daha böyük səhv edən futbolçular cəzalandırılacaq: "Hamı gördü ki, həddən artıq zəif çıxış etdik. Oturub analiz edəcəyik. Harada səhvlər buraxdığımızı, niyə bu hesabla uduzduğumuzu araşdıracağam. Ondan sonra da kimlərin səhvi böyükdürsə cəzalandıracağam. "Qəbələ" ilə hələ ikinci dövrədə oyunumuz var. İnşallah, həmin oyunda elə bu uşaqlarla yaxşı nəticə verəcəyik. Elə bax, bu uşaqlarla 0:6 hesablı məğlubiyyətin əvəzini çıxacağıq. Yaxşı oynayıb, əvəzini çıxmaq lazımdır".
Qəbələ səfərində nələrin baş verdiyini anlamayan 50 yaşlı mütəxəssisin sözlərinə görə, məsələ məğlubiyyətdə yox, komandanın əvvəlki turlardakı kimi mübariz oyun sərgiləyib, var güclərini meydanda qoymamalarındadlr: "Razıyam, gəncdirlər, təcrübələri o dərəcədə deyil. Demirəm ki, "dağıdacaqlar", əla oynayacaqlar, çempionatda yüksək yerlərdən birini tutacaqlar. Söhbət ondan getmir. Məsələ burasındadır ki, əvvəlki 6 turda nə isə alınmasa belə, mübariz oyun sərgiləyiblər, var güclərini meydanda qoyublar. Amma "Qəbələ" ilə qarşılaşmada nə baş verdiyini hələ də anlaya bilmirəm. Meydanda mübarizlik yox idi. Ən əsası, uşaqlarda döyüşkənlik görmədim. Uduzmaq olar. Mən demirəm ki, hazırkı heyətlə "Qəbələ"ni mütləq udmalıyıq. Bu futboldur. Uda da, uduza da bilərdik. Mübarizliyi, döyüşkənliyi görmədiyimdən əsəbiləşdim".
Y.Hüseynov Dodonun "ağ-yaşıllar"ın qapısından 8-ci saniyədə keçirdiyi qoldan da danışıb. Təcrübəli mütəxəssis bu qolun oyunda qırılma nöqtəsi olduğunu deyib: "Gənc futbolçulardırlar. Təcrübəli olsaydılar, özlərini toparlaya, bu qoldan sonra oyunun axarını dəyişə bilərdilər. "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynayan komandadır. Əlbəttə, 8-ci saniyədə buraxılan qol qırılma nöqtəsi oldu. Amma bir şey də var ki, niyə 8-ci saniyədə top buraxmalısan? O da var axı... Bunların hamısını araşdırmaq lazımdır. İnşallah, baxıb analiz edəcəyik".
Sonda baş məşqçi bildirib ki, maliyyə məsələsi bağlı komandada heç bir problem yoxdur və hərə vaxtlı-vaxtında öz maaşını alır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |