Berti Foqtsla Qurban Qurbanova şad xəbər var

28.09.2011 | 4777 dəfə oxunub

Azərbaycan millisinin və “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev Türkiyədən qayıdıb. Stadium.az xəbər verir ki, gənc futbolçu qardaş ölkədə müayinədən keçib. 
Komandasının “Xəzər Lənkəran”la oyununda Elnur Allahverdiyevlə mübarizədə zədə alan futbolçunun 2 ay yaşıl meydançalardan kənarda qalacağı gözlənilsə də, Türkiyədə Raufa şad xəbər verilib. Belə ki, onun ən qısa zamanda futbol oynamasında problem qalmayıb.

Bu barədə danışan Əliyev cümə günü “Turan”a qarşı oynaya biləcəyini istisna etməyib: “Mən zədədən sonra bərpa prosesini çox yaxşı keçirəm. Türkiyədə məlum oldu ki, zədəm elə də ciddi deyil. Artıq bu gün (dünən) fərdi planda hazırlaşdım. Sabahdan (bu gündən) isə komanda ilə birgə hazırlığımı bərpa edəcəyəm. Qismət olsa, “Turan”la qarşılaşmada meydançaya çıxacağam. Bu xəbər Avstriya və Türkiyə oyunları qabaq lap yerinə düşdü. Əgər Berti Foqts dəvət göndərsə, çıxıb öz sözümü deyəcəyəm”.

Rauf Əliyev Belçika və Qazaxıstanla oyunlarda qol vurmağı bacarıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail