Julios Vobay: "Problemi mən yaratmıram ki..." - MÜSAHİBƏ

28.09.2011 | 6309 dəfə oxunub

“Xəzər Lənkəran” komandasının sentyabrın 27-də keçirilən məşqi zamanı cəzalanaraq əvəzedici heyətə göndərilən Julius Vobay stadionun trenajor zalında məşq edib. Stadium.az xəbər verir ki, Vobay son zamanlar başına gələnlər barədə danışıb: 

-Nə üçün hamı elə bu müqavilə söhbətini orataya atır? Məgər problemlərin kökü bundadır ? Mənim kontraktım var, mən də kontraktıma görə buradayam.

- Eləysə problemin nədən ibarət olduğunu bəlkə sən deyəsən?

-Problemi  mən yaratmıram ki, mən də deyim…

- Belə çıxır ki, haqqında eşitdiklərimizə inanmalı olacağıq. Sənə bir söz də deyək, baş məşqçini azareşlər çox sevirlər. Onunla üz-üzə qalmağın məsləhət deyil...

-Ona böyük hörmətim var. Bunu etiraf etməliyəm. Daha bir  şeyi etiraf edib deməliyəm ki, mən də diqqətsiz olmuşam…

- Nədə diqqətsiz olmusan?

-Bəlkə bu haqda danışmayaq ?

- Olsun. Səni əsas heyətdə görən günümüzə çox qalıb?

-İnanmıram.

- Nəyə inanmırsan, əsas heyətdə oynamağa?

-Sizdə fanat saytıdır, ya nədir, jurnalsitlər heç belə bezdirmir.

- Sənin komandamıza gəlişinlə bağlı ən çox məlumatı bizim sayt yayırdı. Biz Rumıniya mətbuatını izləyib sənin haqqında hər gün bir neçə məlumat yayırdıq. İndi də yaranmış vəziyyətdə səni əsas heyətdə görmək istəyirik deyə çox sual veririk. Bizdə belə bir misal var, Pişik balasını çox istəməkdən yeyir...

-(Gülür)

-Daha bir misal da var, belə deyirlər ki, başını sal aşağı, çörəyini qazan...

-Bizdə isə çörəkdən də əvvəl,  gələnlərə üstünlük verilir.

- Ona görə elə əvəzedici heyətə düşmüsən…

-(susur)

- Vobay , səni əsas heyətdə görmək arzusu ilə gəl ayrılaq. Daha danışmaq istəmirsən, nə edək?

- Hələlik.


12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail