"Karvan" yenidən Premyer Liqaya dönmək istəyir

28.09.2011 | 5809 dəfə oxunub

Futbol üzrə Azərbaycan I Divizionunda artıq üç tur geridə qalıb. Stadium.az xəbər verir ki, komandalardan yalnız “Karvan” maksimum nəticə qazanaraq 9 xalla turnir cədvəlinə liderlik edir. Bir vaxtlar ölkəmizi avrokuboklarda layiqincə təmsil etmiş Yevlax təmsilçisinin hazırkı durumu və qarşısına qoyduğu məqsədlər haqqında klubun baş məşqçisi Zakir Mahmudov məlumat verdi: “Gənc, mübariz, sona qədər vuruşan komanda formalaşdıra bilmişik. Yevlax futbolunun yetirməsi olan Kənan Kərimov da yenidən “Karvan”ın heyətindədir. Kənan bu mövsüm Premyer Liqada oynamaq istəyirdi. Transfer pəncərəsi bağlandıqdan sonra Kənanla danışdım və o, “Karvan”ın heyətində qalmağa razılılq verdi. Onun göstərdiyi oyundan razıyam. Biz qarşımıza ancaq yer tutmağı və Premyer Liqaya vəsiqə qazanmağı məqsəd qoymuşuq. Bizim üçün burada çox yaxşı şərait yaradılıb, bizdə olan baza bir çox klubda yoxdur. “Şəmkir” və “Tərəqqi” ilə oyunlarımız çox çətin keçdi. Rəqibin kimliyindən asılı olmayaraq hər oyuna yalnız qələbə qazanmaq üçün çıxırıq. Növbəti turda “Göyəzən”lə qarşılaşacağıq. Çətin oyun olacaq, ancaq biz Qazaxdan qələbə ilə dönməyə çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail