Elvin Əliyev: " Vicdanı olan kəs adama 4-5 nəfərlə hücum çəkməz"

28.09.2011 | 5414 dəfə oxunub

“Neftçi” ilə oyundan sonra məni döyənləri həyatda ilk dəfə idi görürdüm. Bəlkə də, indi də görsəm, xatırlamaram. Hadisə mənə bir az mənfi təsir göstərsə də, indi hər şey qaydasındadır. Yəni, işimi-gücümü atıb, onların dalınca getmirəm. Məşqlərə qatılıram və bu barədə düşünmək istəmirəm”. Stadium.az xəbər verir ki, bu sözləri “Bakı”nın müdafiəçisi Elvin Əliyev deyib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Neftçi” - “Bakı” oyunundan sonra al-qana qərq olan futbolçu bunu unutmağa çalışır: “Belə halla, ilk dəfə rastlaşırdım. Amma həyatımda ilk dəfə deyil ki, döyülürdüm. Uşaqlıqda o qədər olub ki... Döymüşəm də, döyülmüşəm də. Amma vicdanı olan kəs adama 4-5 nəfərlə hücum çəkməz. Eybi yox, kişinin başına iş gələr. İndi bunu unutmaq lazımdır. Çünki qarşıda çətin oyunlarımız var”.

Əliyev bildirib ki, növbəti belə hadisənin baş verəcəyini də göz önünə alıb: “Əgər kimsə qorxusundan günahını boynuna almırsa, yalan danışırsa, bu, insanlığa sığışmır. Hadisədən sonra bununla bağlı mənə zəng vuran olmayıb. Amma heç kim deyə bilməz ki, nədənsə sığortalanıb. Həyatda hər şey mümkündür”.

Futbolçu belə halların baş verməsini pisləyib: “Azərbaycan futboluna internet vasitəsi ilə bütün MDB, Avropa baxır. Belə hallar bizim beynəlxalq imicimizi də aşağı salır”.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail