"Simurq" baş məşqçisinə bara getməyə icazə verdi - MÜSAHİBƏ

28.09.2011 | 6200 dəfə oxunub

"Simurq"un icraçı direktoru Vaqif Əliyevin müsahibəsi:

- Komandamız artıq istənilən səviyyədə çıxış edir. Uğursuzluq zolağından çıxdığımızı demək olar. «Kəpəz»ə qalib gəldikdən sonra «Sumqayıt Şəhər»i də məğlubiyyətə uğratdıq. Bu qələbələr əhval-ruhiyyəni yüksəldib.
Növbəti turda uğursuz çıxış etsəz, buna nə ad verməli olacaqsız?
- Futboldur, uduzmaq olar. Növbəti turda bizi «Neftçi» ildə çətin sınaq gözləyir. Onlar son çempiondur, sıradan rəqib deyil. Güclü futbolçuları var. Əlbəttə, biz meydana məğlub olmaq üçün çıxmayacağıq. Sonadək mübarizə aparacağıq.
Sergey Yuran növbəti dəfə klubda intizamın istənilən səviyyədə olmadığın dedi. Vəziyyət, onun söylədiyi kimidir?
- Onun fikirləri düzgün başa düşülməyib. Yuran oyun nizam-intizamından danışıb. Klub daxilində hər şey yüksək səviyyədədəir. Klubun  intizam kodeksi var və hamı buna riayət edir. Baş məşqçimiz açıqlama verərkən, futbolçuların qırmızı vərəqə almasını nəzərdə tutub. Ötən tur komandanı pis vəziyyətdə qoyan İlkin Qırtımov həm qələbəyə görə verilən mükafatdan məhrum oldu, həm də ciddi cəzalandırıldı.
Yayılan xəbərlərə görə, klubda maddi problemlər var…
- Xeyr. Bu xəbərlər bir az şişirdilib. Avqustun məvacibləri bir neçə gün gecikdi. Bunun səbəbi də Ramazan bayramı ilə əlaqədar yaranmış istirahət günləri idi. Hər hansı maliyyə problemindən söhbət gedə bilməz. Bunu futbolçular da təsdiqləyə bilərlər.
«Simurq» kimi, Azərbaycan Beynalxalq Bankından maliyyələşən «İnter»də isə bu baxımdan ciddi sıxıntılar qalmaqdadır.
- Mən «İnter»in işinə qarışa bilmərəm. «Simurq»un direktoruyam, ona görə klubuma aid suallara cavab verə bilərəm.
Bu iki klub eyni mənbədən maliyyələşir.
- «İnter»dən danışmağa haqqım çatmır. Siz məndən «Simurq»u soruşun.
Sergey Yuran və özünə köməkçi götürdüyü qardaşının Zaqatalada içki məclisləri təşkil etməsi barədə xəbərlər əldə edirik. Bu məsələyə münasibətiniz necədir?
- Mən də bu informasiyanı oxuyub, pis oldum. Artıq üç aydır ki, Sergey Yuranı tanıyıram. Hər hansı bir problemlə üzləşməmişik. Onun keçmişini tez-tez hallandırırlar. Amma ölkəmizdə olduğu müddətdə mən heç Yuranın pivə içdiyini də görməmişəm. O, asudə vaxtını səmərəli keçirə bilər. Kafeyə, restorana və ya bara gedə bilər. Bu amil onun işini xələl gətirmir. Zaqatala kiçik şəhərdir, burda hamı Yuranı yaxşı tanıyır. Ona görə də içki içməsi ilə bağlı deyilənlər yalandır.
Yerli futbolçular Yuranın onlara münasibətdə ayrı-seçkilik etdiyini bildirir. Bundan başqa, məşqləri baş məşqçinin əvəzinə qardaşı və köməkçisinin apardığı deyilir …
- Heyətlə bağlı Yuranın heç bir ayrı-seçkiliyini görməmişəm. Məşqlərə özü rəhbərlik edir. Kim yaxşı məşq edir, əsas heyətdə də forma geyinmək şansı qazanır. Yəqin ki, bu xəbərləri sizə heyətə düşməyən futbolçular çatdırıb, araşdıracağıq. Yuran öz işini görür. Komandanın özəyi ötən ildən qalandır. Amma indi əvvəlkindən çox yaxşı çıxış edirlər. Baş məşqçimiz yerlilərlə legionerlər arasında ayrı-seçkilik etsəydi, bir qələbə də qazana bilməzdik. Siz görsəz ki, Yuran «razdevalka»da legionerləri necə tənqid edir, onlara sözünü deyir, mənim dediklərimə qətiyyən şübhə bəsləməzsiz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail