Adamiya: «Azərbaycan millisində oynamağı fikirləşmirəm»

29.09.2011 | 7291 dəfə oxunub

Bilindiyi kimi, “Qarabağ”lı Georgi Adamiya mayda Gürcüstan millisinə çağrılmışdı. Stadium.az xəbər verir ki, 2005-ci ilin qışından ölkəmizdə fasiləsiz oynayan 30 yaşlı hücumçu ölkəsinin əsas yığmasından ilk dəfə dəvət almışdı. Baş məşqçi Temur Ketsbaya ona 30 nəfərlik siyahısında yer vermişdi. 18 qolla ötən çempionatımızın bombardiri olmaqla diqqəti çəkən Georgi Xorvatiya ilə Avro-2012-nin  görüşündə debüt etmək imkanı qazanmışdı. Ancaq Ketsbaya düşərgəyə çağırdığı 8 hücumçu arasından onu irəli çəkmədi. Ağdamlıların aparıcı siması xorvatlarla qarşılaşmadan sonra da həmyerlilərinin yadına düşmədi və bu minvalla, yaxın vaxtlarda növbəti dəfə dəvət alacağı inandırıcı görünmür. Sabiq «Milan»lı Kaxa Kaladzenin kapitan sarğısını daşıdığı yığmada rəqabət böyükdür, baş məşqçi əsasən Avropanın aparıcı ölkələrində legioner həyatı yaşayanlara üstünlük verir. Gürcüstan Futbol Federasiyası Ketsbayanın təkidindən sonra vaxtilə hesabdan sildiyi futbolçunun üzünə qapıları açsa da, görünür, çalışdırıcı «qulağının dibi»ndə yerləşən Azərbaycanda gözə girən həmvətənini bir dəfə «diş»inə vurmaqla, bəlkə də ondan həmişəlik vaz keçib.

rnrn

Adamiyanın hələ “Neftçidə oynadığı vaxtda milliləşdirilərək, yığmamıza cəlb olunması gündəmdə idi. Ancaq ölkəsinin gənclər komandasında rəsmi görüşdə iştirak etdiyindən, keçmiş və hazırkı AFFA rəhbərliyi məsələni həll etmək üçün FİFA-nın qapısın döyməyə ehtiyac duymayıb. O, istər «Bakı»da forma geyinəndə, istərsə də «Qarabağ»a keçəndə bir neçə dəfə federasiyaya açıq mesaj göndərib, amma çağırışlarına yenə əhəmiyyət verilməyib. Bildiyimizə görə, millimizin bir neçə üzvü Georgiyə dəvət göndərməsi üçün Berti Foqtsu dilə tutub. Onlar gürcünün 7 ildir ölkəmizdə çıxış etdiyini və Azərbaycan vətəndaşlığını almağa hazır olduğunu deyərək, Fabio Luis Ramim, Branimir Subaşiç, Ernani Pereyra, Daniel Axtyamov, Vladimir Levin kimi legionerlərdənsə, yalnız onun yığmada oynamasını istədliklərini söyləyiblər. Almaniyalı baş məşqçi Adamiyanı dəfələrlə iş başında izlədiyini, oyununu bəyəndiyini və bu haqda düşünəcəyini bildirsə də, ondan xəbər çıxmayıb.

rnrn

Bəs səbəbkar indi nə fikirləşir, iki ölkə arasında seçim edəcəkmi? Bu sualı ona ünvanladıq, məlum oldu ki, o, hələ də Gürcüstan millisinin formasını geyinməsinə ümidini itirməyib: «Maydan bəri komanda bir neçə oyun keçirsə də, Ketsbaya mənə dəvət göndərməyib. Mənə demişdi ki, bizə lazımsan, səni yenə çağıracam. Avropa çempionatının seçmə mərhələsi başa çatmayıb, qarşıda hələ yoxlama görüşləri də var. İnanıram ki, tezliklə o formanı geyinəcəm. Özüm də istəyirəm ki, Gürcüstanın şərəfini qoruyum. Millinin son vaxtlar uduzmasına və az qol vurmasına münasibət bildirmək istəməzdim. Orda olmadığım üçün komandanın problemlərini dəqiq bilmirəm. Altı ildən çoxdur ki, ölkənizdə çıxış edirəm. İndiyədək dəfələrlə söhbətim düşüb ki, Azərbaycan millisinin şərəfini qoruyum. AFFA-dan rəsmi təklif gəlməyib, mən də ciddi düşünməmişəm. Bu gün də o fikirdəyəm ki, bütün diqqətimi Gürcüstan millisinə yönəltməliyəm. Azərbaycanın yaxşı gənc istedadlı futbolçuları var. Mən onların yolunu kəsmək istəmirəm. Məncə, hansı ölkəni seçməyimdən indi ciddi danışmağa dəyməz. Olmayan şeydən nə danışım axı? Başımı yormağa həvəsim qalmayıb. Gürcüstan millisində çıxış etməyə hazıram».



  #1   Adınız: zaur;   E-mail: [email protected]

30.09.2011 10:15

duz fikirlesmisen azerbaycan millisi olmagdansa taksi soferi olmag daha yaxsidir az soyulersen

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail