"Xəzər Lənkəran"da 75-ci dubl

21.10.2015 | 2763 dəfə oxunub

Məlum olduğu kimi, ötən bazar AZAL-ı 3:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran”ın qollarından ikisinə Kamran Abdullazadə, digərinə Sadio Tounkara imza atıb.

 

Stadium.az klubun saytına istinadən xəbər verir ki, bu futbolçulardan biri klub tarixində rəqib qapılarına yol tapanlar siyahısına düşübsə, digəri o siyahıdakı mövqeyini yaxşılaşdırıb. İki dəfə fərqlənən Abdullazadə “Xəzər Lənkəran”da qol hesabını açıb. Bu matçadək 23-ü çempionatda olmaqla, 27 matçda rəqib qapısına yol tapa bilməyən yarımmüdafiəçi AZAL-la qarşılaşmada dubl müəllifi olub. O, komandanın tarixinə qol sevinci yaşayan 99-cu oyunçu kimi düşüb. Belə ki, 2004-cü ildə yaradılan klubun buna qədərki rəsmi matçlarında 98 futbolçu rəqib qapısına qol vurmuşdu.

 

Mövsümdə ilk dəfə fərqlənən Tounkara isə “Xəzər Lənkəran”da 18-ci qolunu qeyd edib. Malili yarımmüdafiəçi klub tarixinin ən məhsuldar oyunçuları arasında 6-cı yerə şərik olub. Sadio qol sayında eyni göstəriciyə malik Rəşad Abdullayev, Vüqar Nadirov və Oqtay Dərəlioğluna çatıb. Hazırda Tounkara yalnız 5 futbolçudan - Zaur Ramazanov (44), Samir Əliyev (34), Rahid Əmirquliyev (32), Mario Souza (26) və İvan Svetkovdan (24) geri qalır.

 

Abdullazadə “Xəzər Lənkəran”ın tarixinə həm də dubl müəllifi olan 40-cı futbolçu kimi düşüb. Onun 2 qola imza atması ilə komandanın ümumilikdə 75-ci dublu rəsmiləşib. Bu matçadək futbolçular 74 dəfə bir oyunda 2 qol vurmuşdu. Zaur Ramazanov hamıdan çox – 8, Vüqar Nadirov 5, Samir Əliyevlə Etame Mbilla hərəyə 4 qarşılaşmada dubla imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail