"Taktiki baxımdan fərqli şeylər olacaq"

21.10.2015 | 2565 dəfə oxunub

"Qəbələ"nin hücumçusu Ermin Zets Avropa Liqasının qrup mərhələsində sabah qarşılaşacaqları "Borussiya" (Dortmund) klubu ilə oyunöncəsi müsahibə verib. 

- “Borussiya” ilə oyuna necə hazırlaşmısız?

- Ən çətin matçımıza çıxacağıq. Qrupun ən yaxşı və ən güclü komandasına qarşı oynayacağıq. Həmçinin “Borussiya” Avropanın böyük klublarından biridir. Bütün bunlara baxmayaraq nəticə üçün oynayacağıq. Asan təslim olmaq, rəqibin adından-sanından çəkinmək kimi fikrimiz yoxdur.

- Komanda tam güclü ilə hazırlaşa bilib, yoxsa çempionatın son oyunundan sonra yorğunluq var?

- Yox, tam hazırıq. Meydana çıxıb bacardığımızı edəcəyik.

- Alman komandası digərlərindən fərqli olduğu üçün siz də bu matça fərqli hazırlaşmısız?

- Belə ciddi bir şey yoxdur. Əlbəttə “Borussiya” digər komandalardan fərqlənir. Amma biz əvvəlki oyunlara hazırlaşdığımız kimi bu matça da hazırlaşmışıq. Bir qədər taktika baxmından fərqli şeylər olub ki, bu da oyunda görünəcək.

- Dortmund təmsilçisi ilə heç-heçə fantastik nəticə sayıla bilər?

- Fantastik deməzdim, amma yaxşı nəticə olacaq. Biz qələbə də qazana bilərik. Futbolda hər şey mümkündür. Əgər qalib gəlsək, hər şey əla olacaq. Ən azından heç-heçə bitməsi də yaxşı olar.

- Henrik Mxitaryanın Azərbaycana gəlməcəyindən xəbəriniz var?

- Buna şərh vermək istəmirəm.

- Rəqibinizin heyəti ulduzlardan ibarətdir. Buna görə də “Qəbələ”nin uğurlu nəticəsinə heç kim şans vermir?

- Bu kağız üzərindədir. Razıyam ki, rəqibin heyətindəki futbolçular istənilən vaxt mükəmməl oyunla matçın taleyini həll edə bilərlər. Lakin qorxmuruq. Ümid edirəm ki, mümkün olanın ən yaxşısını edəcəyik.

- Yəqin ki, ilk vəzifəniz daha inamlı müdafiə olunmaqdır?

- Əlbəttə. İlk işimiz qol buraxmamaq olacaq. Bunu bacara bilsək, qol vəziyyəti də yaratmağa çalışacağıq. Amma dediyim kimi ilk işimiz qapımızda qol görməmək olacaq. Müdafiədə inamlı oynamaq birinci vəzifəmizdir.

- “Bakcell Arena”nın ot örtüyü heç vaxt idela vəziyyətdə olmayıb. Bu dəfə də eyni hal olsa, problem yaşamayacaqsız?

- “Bakcell Arena” bizim üçün uğurlu stadiondur. Bu stadionda oynadığımız heç bir matçı uduzmamışıq. Bu uğurlu seriyadır. Ümid edirəm ki, bundan sonra da bu arena bizim üçün uğurlu olacaq və heç zaman uduzmayacağıq.

- Son turda “Neftçi” üzərində çətinliklə qələbə qazandınız. Həmin oyunda gücünüzü qoruyurdunuz?

- Yox. Biz hər matça yüz faiz gücmüzlə çıxırıq. Bu dəfə də eyni şeyi etdik. Sadəcə “Neftçi” güclü komandadır. Yaxşı oynadılar və tez qola vura bilmədik. Yalnız son dəqiqələrdə fərqləndik.

- Sabah sizdən başqa “Qarabağ”da meydana çıxacaq. Onlar səfərdə “Monako” ilə qarşılaşacaq...

- Mən “Monako”nun “Lion”a qarşı keçirdiyi matçı izlədim. Fransa təmsilçisi güclü komandadır. Amma “Qarabağ” həqiqətən səfərdə sərfəli nəticə ilə dönə bilər. Məsələn, “Monako”nu əks-hücumlarda yaxalayıb, qol vurmaq mümkündür. Həmçinin “Qarabağ”ın oynadığı qısa ötürmələrlə rəqibi məğlub etmək olar. Onlara uğurlar arzu edirəm.
Qafqazinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail