“Qəbələ”ni çox ağır oyun gözləyir"

22.10.2015 | 3440 dəfə oxunub

Futbol mütəxəssisi Böyükağa Hacıyev bu gün “Lider TV”də verilişlərin birində qonaq olub.

 

Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis iki komandanın Avro Liqanın qrupunda mübarizə aparmasını futbolumuzun inkişafı ilə əlaqələndirib:

 

“Hər iki komandaya uğurlar arzulayıram. Bu gün Allah onları azarkeşlərimizin yanında başıaşağı etməsin. Doğrudan da, biz bu iki matçı səbrsizliklə gözləyirik. Bu gün birdən-birə iki komandanın Avropa Liqasında ölkəmizi təmsil etməsi futbolumuzun inkişafından xəbər verir. Çoxları deyə bilər ki, futbolda inkişaf yoxdur. Ancaq iki komandanın qrup mərhələsində çıxış etməsi futbolumuzun inkişafı deməkdir”

 

Təcrübəli mütəxəssis daha sonra Avro Liqada ölkəmizi təmsil edən  “Qarabağ” və “Qəbələ”nin şanslarını dəyərləndirib:

 

 “Borussiya”dan bir neçə əsas heyət futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq. Ancaq bu o demək deyil ki, “Borussiya” əl-qolunu sallayıb gedəcək. “Qəbələ”ni çox ağır oyun gözləyir. Fikrimcə, “Qarabağ”ın şansı daha çoxdur. “Qarabağ” komplektləşdirilmiş bir komandadır. Futbolçuları bir-birlərini əzbər tanıyırlar. Ona görə də “Qarabağ”ın qələbəsi daha inandırıcıdır. “Qəbələ”nin oynadığı heyət çox ağırdır. Baş məşqçi dəyişkliyi komandada özünü doğruldub. Dortmund “Borussiya”sı son oyunlarda elə də pis oynamır. Çox istərdim ki, bu gün  “Qəbələ”nin heyətində ən azı bir azərbaycanlı futbolçu oynasın. “Qəbələ” bu gün evdə oynadığı üçün açıq futbol nümayiş etdirmək məcburiyyətindədir. Tək müdafiəyə qapanmaq olmaz. “Qəbələ” ilk dəqiqələrdən üstünlüyü ələ almalıdır və çalışdırmalıdı ki, qol vursun. ”Qarabağ” “Tottenhem”ə məğlub olduqdan sonra evdə “Anderlext”i məğlub etdi. Bu komanda hər an sürpriz edə bilər. Reynaldonun oynamamasına baxmayaraq, onu layiqincə əvəzləyəcək futbolçular var. Açığı, son vaxtlar Reynaldo öz oyununu nümayiş etdirmirdi. Bəlkə də, Reynaldonun istirahətə ehtiyacı var idi və getdi istirahətə. Mən inanıram ki, Qurban Qurbanov öz dəstəsini yığacaq və azərbaycanlı futbol azarkeşlərinə sürpriz edəcək. “Qarabağ”dan qələbə gözləyirəm. “Qəbələ” isə Avro Liqada yeni komandadır. Yetərincə təcrübəsi yoxdur. Təzə oyunçular heyətdə çoxdur. Bu futbolçuların komandaya uyğunlaşması lazımdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail