"Kəpəz"in məşqçisi: "Özünüz fikirləşin, pul ödəyib oxuyursan"

23.10.2015 | 2808 dəfə oxunub

“Kəpəz” PFK üçün vacib məsələlərdən biri də komandalarda çalışan məşqçilərin müvafiq kurslara qatılıb kateqoriya almasıdır.

 

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda “Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi Azər Məmmədov Bakıda AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA-nın A kateqoriyalı məşçi kursunda iştirak edir.

 

İstedadlı və bacarıqlı məşqçi təkcə işi ilə deyil, həm də kateqoriyası ilə də fərqlənir. Əgər 5-10 il öncəyə kimi lisenziya vacib sayılmırdısa, hazırda peşəkar futbolda kateqoriyasız işləmək mümkünsüzdür. Bu, demək olar ki, əsas şərtlərdən biridir.

 

Klubun mətbuat xidmətinə açıqlama verən Azər Məmmədov kursların gedişatı haqda danışıb: “Çox əvvəllər düşünürdük ki, kateqoriya lazımsız bir şeydir. Amma indi lisenziya hər bir məşqçi üçün önəmlidir. B kurslarını oxumuşam, istəyim A kateqoriyası almaqdır. Biliyimi artırmaq üçün düşündüm ki, yenə oxumalıyam. Həm də artıq tələb var”.  

 

Kurslar pulludur və iştirak üçün ödənişin məbləği 2000 manatdır. Azər Məmmədovun təhsil haqqı “Kəpəz” PFK tərəfindən ödənilib: “Özünüz fikirləşin, pul ödəyib oxuyursan. Deməli, kurslarda öyrənmək üçün nəsə var. Məni kursa dəvət edəndə çox sevindim. Çox namizəd olub. Çalışacağam ki, kursu uğurla başa vurum”.

 

A kateqoriyalı məşçi kursunun 1-ci mərhələsi oktyabrın 19-dan başlayıb. AFFA-nın Futbol akademiyasında keçirilən məşğələlərə Aslan Kərimov və Osman Rəhimov rəhbərlik edir. Kursun bu mərhələsinə oktyabrın 23-də yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail