"Yəqin "Xəzər Lənkəran"da can yandıran, qol vuran futbolçularla belə edirlər"- MÜSAHİBƏ

24.10.2015 | 4355 dəfə oxunub

AZAL-ın futbolçusu İlqar Ələkbərovun Stadium.az saytına müsahibəsi


"Neftçi" ilə oyunda qələbə qazandız. Bu oyunda qələbəyə ümid edirdiz?

-Matça çox yaxşı hazırlaşmışdıq. Bilirdik ki, rəqib heç də asan təslim olmayacaq. Oyundan əvvəl məqsədimiz 3 xal idi. Hamı deyir ki, futbol 90 dəqiqə oynanılır. Amma artırma dəqiqələr də öz sözünü deyir(gülür). Sona qədər döyüşüb, sevinən təfə olduq.


İlk turlarda ardıcıl məğlubiyyətlərin səbəbi nə idi?

-İlk turlarda problemlər var idi, amma heç də biz məğlubiyyətlə razılaşmırdıq. Pis durumda belə meydana qələbə üçün çıxırdıq. Artıq həmin vaxtlar geridə qalıb. İndi öz oyunumuzu tapırıq. Çalışacağıq ki, qarşıdakı oyunlarda da sevinən tərəf biz olaq.


"Xəzər Lənkəran"ı AZAL-a dəyişdin. AZAL-da səni cəlb edən nə idi?

-"Xəzər Lənkəran"ı AZAL-a dəyişmədim. Sadəcə olaraq, onlar məni istəmədi. AZAL-la oyunda biz qələbə qazandıq. Bir qolu da mən vurdum. Hənim görüşdən sonra iclas oldu və mənə dedilər ki, özünə klub tap. Yəqin "Xəzər Lənkəran"da can yandıran, qol vuran futbolçularla belə edirlər. 


Yenidən "Xəzər Lənkəran" tərəfi təklif göndərsə, qəbul edərsən?

-Futbolda hər şey ola bilər. Mən bu məsələ haqqında konkret heç nə deyə bilmərəm. Amma mən indi AZAL-ın futbolçusuyam və öz komandam haqqında düşünürəm. Bizim yaxşı komandamız var. Burada uğur qazanacağımıza hər kəsi inanır.

Cavid ƏHMƏDOĞLU




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail