“Biz Gəncə səfərində xal qazanmaq istəyirdik"

24.10.2015 | 2391 dəfə oxunub

“Biz Gəncə səfərində xal qazanmaq istəyirdik. AZAL ilə oyundan sonra uğurlu seriya hədəfləmişdik. İlk hissədə komandamın oyunundan razı qalmadım. Ola bilər ki, azarkeşlərin rəqib tərəfdə olması futbolçularıma mənfi təsir göstərdi". 

Stadium.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 9-cu turunda səfərdə "Kəpəz"ə uduzduqları oyundan sonra deyib. 

Komandasındakı problemlərdən danışan Y.Hüseynov Lənkəran təmsilçisindən getməyi düşünmədiyini bildirib: "İkinci hissədə isə pis təsir bağışlamadıq. Təhlükəli epizodlar yaratsaq da, bunlar qol vurmaq üçün kifayət etmədi. Zədəli oyunçularla bağlı problemlərimiz var. Tounkara və Orxan sıraya yeni qayıdıblar. Hazırda isə həkimlər futbolçuların zədəsi ilə məşğuldurlar. 

Komandadan getməyim düz çıxmaz. Dekabra kimi çalışmaılıyıq ki, liderlərdən geri qalmayaq. Qarşıda bizi çətin oyunlar gözləyir. “Sumqayıt”la bir neçə gün sonra keçiriləcək oyunda qələbə qazanmaq niyyətindəyik. Mən Azərbaycanı bölgələrə bölmürəm. Azərbaycan mənim vətənimdir, bu ölkənin hər bir yeri mənim üçün doğmadır. Fərq qoymuram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail