"Komandaya aqressiv oynamağı, erkən qol vurmağı tapşırmışdıq"

24.10.2015 | 2883 dəfə oxunub

"Bizim üçün ən çətin oyunlardan birinin olacağını demişdim. Çünki rəqibin itirəcəyi bir şey yoxdur. Bizim üçün 6 xallıq bir oyun idi. Komandaya aqressiv oynamağı, erkən qol vurmağı tapşırmışdıq. Mənə elə gəlir ki, komandam tez hücumlar qurmağa, rəngarəng futbol oynamağa çalışdı".
 
Bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 9-cu turunda evdə "Xəzər Lənkəran"a 1:0 qalib gəldikləri oyundan sonra deyib.  

Diniyev oyunla bağlı daha sonra bunları bildirib: "İlk hissədə qol vurduq, eyni zamanda çox güc itirdik. İkinci hissədə bizim üçün çətin olacağını  bilirdim. Amma vəziyyəti normal saxlaya bildik. Azarkeşlər daha çox qol istəyə bilər. Amma futbol gözəlliklə yanaşı, nəticə də tələb edir. Məncə, biz ilk hissədə gözəllik yaratdıq, ikinci hissədə isə nəticə üçün oynadıq. Komandada çətinliklər var. Lakin buna rəğmən futbolçular hər hansı bir narazılıq etməyiblər. Mövsümün sonuna qədər də mübarizə aparacağıq. 

Futbolçularla söhbət etmişəm. Bildirmişəm ki, seçim sizindir.  
İstəyirsiniz, aşağı yerlər, istərsəniz də yuxarı yerlər üçün oynayın. Qələbə üçün 10 min manat mükafat verilir. Bu 10 min manatı biz 53 nəfər arasında bölürük. Fotoqraf da, otbiçən də, xadimə də, futbolçu da mükafat alır. Mənə elə gəlir ki, “Kəpəz” Azərbaycan futboluna rəngarənglik gətirib. Azarkeşlərin stadiona gəlməsi də buna əyani sübutdur. Mən klub rəhbərləri ilə “Zirə” ilə matçdan sonra da görüşüb, problemləri xatırladacağam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail