"Qəbələ" 40 oyuna 50 qol vuran hücümçünü aldı

29.09.2011 | 6155 dəfə oxunub

“Qəbələ” növbəti transferini reallaşdırıb. Stadium.az Adams çoxdandır göz qoyduğu Serje Cehuanı komandaya cəlb edib.
Fil Dişi Sahilindən olan futbolçu dünən axşam saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana təşrif buyurub. Onunla klub rəhbərliyi arasında bu gün səhər saatlarında görüş olub. Birbaşa müqavilə üçün Bakıya gələn 27 yaşlı forvardla 2 illik sözləşmə imzalanıb. 

Mövcud qaydalara əsasən transfer hüququ əlində olan futbolçu "transfer pəncərəsi"nin bağlı olmasına baxmayaraq komandasına kömək edə 
 biləcək.

Cehua Azərbaycan azarkeşinə elə də yad sima deyil. Forvard son üç ildə Türkiyə Superliqasının ortabab klublarından sayılan “Antalyaspor”un formasını geyinib. Necati Ateşlə yaxşı tandem təşkil edən futbolçu azarkeşlərin xatirində yüksək sürəti və güclü zərbələri ilə qalıb. 


2 ay öncə müqaviləsi başa çatan oyunçu “Antalyaspor” forması altında meydançaya çıxdığı 70 oyunda rəqib qapılarına 12 dəfə yol tapıb. “Antalyaspor” Cehuanın sonuncu klubudur, o, iyuldan bəri fərdi planda hazırlaşmaqla kifayətlənib.

Cehua “Antalyaspor”dan başqa, “Stella” və Afrikanın ən sayılıb-seçilən klublarından olan “Kaizer”in də şərəfini qoruyub. Onun “Stella” klubundakı göstəriciləri əladır – 40 oyuna 50 qol.

Təcrübəli forvard bu gün Qəbələyə gedib, komandanın məşqlərinə qatılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail