Premyer Liqada azarkeş antirekordları yenə davam etdi

29.10.2015 | 2823 dəfə oxunub

Premyer Liqanın X turu çərçivəsində oktyabr ayının 28-də "Xəzər Lənkəran"ın “Sumqayıt”la keçirilmiş oyunu antirekordlar siyahısına düşüb.


Stadium.az xəbər verir ki, bu matçı 1200-nəfər izləyib (baş məşqçi Yunis Hüseynov).  “Fırtınalar meydanı”na toplanan azarkeş sayı ilə bağlı ən biabırçı antirekord isə ötən mövsümdə qeydə alınıb. Bu, 28-fevral 2014 tarixində keçirilmiş “Bakı” oyunda baş verib (baş məşqçi Elbrus Məmmədov). Peşəkar Futbol Liqasının rəsmi protokoluna əsasən həmin qarşılaşmanı cəmi 500 -azarkeş izləmişdi.


Qeyd edək ki, bunacan ən böyük antirekord Oğuz Çetinin baş məşqçiliyində 21 dekabr 2014 tarixində baş tutmuş  AZAL-la oyunda və Mustafa Dənizlinin baş məşqçiliyində 2013/14 mövsümündə XXXIV turda, may ayının 7-də keçirilən “Sumqayıt”la oyunda qeydə alınmışdı. Hər iki oyunu “Fırtınalar meydanı”nda cəmi 1000 -azarkeş izləmişdi.


Buna qədər Con Toşaka məxsus iki il əvvəlki antirekordun təkrarı da iki dəfə məhz Mustafa Dənizlinin baş məşqçiliyinə təsadüf etmiş, sonra isə türk çalışdırıcı özü bu antirekordların yenilərini müəyyənləşdirmiş və onun öz yerinə təyin etdiyi Oğuz Çetin də müəlliminin antirekordlarını təkrarlamaqla klubun tarixinə bu mənada düşə bilmişdir.


Belə ki, 21 aprel 2013 tarixində “Fırtınalar meydanı”da komandamızın “Sumqayıt”la keçirilmiş oyununu 2000 azarkeş izləmişdisə və həmin antirekord Con Toşakın ayağına yazılmışdısa, 28-fevral  2013 tarixində baş tutmuş “Xəzər Lənkəran” – “İnter” oyununu da tribunalardan yenə də 2000-futbolsevər seyr etmişdi. Beləliklə “Xəzər Lənkəran”da çalışdığı müddətdə bir neçə antirekordlara imza atmaqla yadda qalan Con Toşakın bir antirekordunu Mustafa Dənizli təkrarlaya bilmiş və bir az da irəli gedərək 20.042014 tarixində AZAL-la aprel ayının 20-də komandanın ev oyununda 1200-azarkeşli daha bir yeni  antirekord müəyyənləşdirmişdi ki, 07.05.2014 tarixində baş tutan “Xəzər Lənkəran” – “Sumqayıt” görüşündə tribunalara 1000-azarkeş toplamaqla necə deyərlər lap ağını çıxartdı. Bu antirekordu komandanı meydana çıxaran Oğuz Çetinin adına da yazmaq olardı, lakin fakt faktlığında qalır ki, Mustafa Dənizli rəsmən hələ də baş məşqçi vəzifəsini yerinə yetirirdi. Amma yuxarıda qeyd edildiyi kimi 21 dekabr 2014 tarixində baş tutmuş AZAL-la oyunda artıq “Xəzər Lənkəran”ın başında Oğuz Çetin dururdu. Deməli  o da müəllimindən geri qalmadı.


Bununla belə hələlik 28-fevral 2015 tarixində “Bakı” ilə keçirilmiş oyun “Xəzər Lənkəran”ın azarkeş davamiyyəti baxımından “Fırtınalar meydanı”nda keçirilən ən biabırçı oyunu kimi antirekordlar siyahısına başçılıq edir.


Qeyd edək ki, “Fırtınalar meydanı”nda keçirilən ölkə daxili turnirlərdə ən çox azarkeş toplanması 2010-ci ilin may ayının 15-də qeydə alınmışdı.


Bu rekord  Ağasəlim Mircavadovun baş məşqçiliyində qeydə alınıb. Ölkə çempionatının son turunda “Bakı” klubunu qəbul edən “Xəzər Lənkəran”ın oyununu PFL-in rəsmi protokoluna əsasən 16000-azarkeş izləmişdi. Halbuki qeyri rəsmi məlumata görə stadiona ümumilikdə 20.000-ə yaxın futbolsevər toplanmışdı. Həmin gün stadiona gələn azarkeşlərin müəyyən hissəsi oturacaqların dolduğunu gördükdə tribunaların pilləkənlərində oturaraq və ya stadionun qaçış  zolağında ayaq üstə dayanaraq oyunu izləmişdilər. Üstəlik  içəri daxil ola bilməyən mindən çox azarkeş stadionun qapısı ağzında toplanmışdısa, müəyyən sayda insan da stadiona daxil ola bilmədikləri üçün geri qayıdaraq televiziya vasitəsi ilə oyunu seyr etmişdilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail