Bezotosnı 481-də dayandı

05.11.2015 | 2324 dəfə oxunub

“Qəbələ”nin Avropa Liqasında uğurlu seriyası qırılıb.

 

Stadium.az xəbər verir ki, komanda tarixində 2-ci dəfə iştirak etdiyi turnirdə ilk dəfə doğma meydanında məğlub olub. Halbuki, Roman Qriqorçukun yetirmələri bunadək öz meydanında nəinki uduzmamış, heç qol da buraxmamışdı. “Borussiya”ya 1:3 hesablı məğlubiyyət ukraynalı qapıçımız Dmitri Bezotosnının “quru seriya”sına son qoyub. Buna qədər o, ev oyunlarında qapısını 481 dəqiqə toxunulmaz saxlaya bilmişdi.

İstənilən halda, “Qəbələ”nin və Bezotosnının seriyası Avropa Liqasında 2015/16 mövsümü üçün rekord göstərici olaraq qalır. “Qəbələ” kimi mübarizəyə ilk təsnifat yarışından başlayaraq qrup mərhələsinədək irəliləyən klub yalnız “Rusenborq”dur. Ancaq Norveçin ən titullu təmsilçisinin də belə uğurlu göstəricisi yoxdur.

Xatırladaq ki, “qırmızı-qaralar” cari turnirdə 6 ev oyunundan birincini Qəbələdə, sonrakı 5-ni Bakıda, “Bakcell Arena”da keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail