“Yuri Syomini daha çox bəyənirdim”
“Qəbələ”nin braziliyalı futbolçusu Luis Hilario Dodonun müsahibəsi
- Uzun müddətdi ölkəmizdə yaşayırsız. Azərbaycan barədə ümumi fikirləriniz necədi?
- Əla. Fikirlərimi ancaq bu sözlə ifadə edərdim. Mən Azərbaycanda çox xoşbəxtəm. Əgər belə olmasaydı, ailəmlə birliklə burda yaşamazdım. Azərbaycanlılar olduqca mehribandılar. Bakını çox bəyənirəm, gözoxşayan şəhərdi. Demək olar ki, ölkənizlə bağlı hər şeyi bilirəm. Braziliyada olduğu kimi, Azərbaycanda da özümü rahat hiss edirəm. Heç bir problem yoxdu.
- Azərbaycan və Braziliya arasında əsas fərqlər nədən ibarətdi?
- Hər iki ölkənin özünəməxsus adət-ənənələri var. Açığı, mənim üçün doğma olan 2 ölkəni müqayisə etmək istəməzdim. Azərbaycanda olanda Braziliya, Braziliyada olanda isə Azərbaycan barədə düşünürəm. Bu, hər iki ölkəyə olan sevgimdən irəli gəlir. Yeganə fərq ondan ibarətdi ki, Braziliyada gözəl çimərliklər var (gülür).
- Axı çimərliklər Azərbaycanda da var...
- Bilirəm. Amma Braziliyadakı çimərliklər fərqlidi (gülür). Yeganə fərqi bunda görürəm. Qalan hər şey, demək olar ki, eynidi.
- Azərbaycanın milli mətbəxi ürəyinizcədi?
- Həm də çox. Yeməkləriniz əladı. Azərbaycan mətbəxini bəyənirəm. Təbii ki, mənim üçün Braziliya yeməkləri daha doğmadı. Amma Azərbaycanın da milli yeməkləri çox xoşuma gəlir.
- Ölkəmizdə çıxış edən hansı futbolçularla dostluq edirsiz?
- Azərbaycanda dostlarım çoxdu. Digər klublarda çıxış edən futbolçulardan Denis Silva, Dieqo Souza, Juninyo, Dario Junior, Riçard Almeyda və Reynaldo Silva ilə yaxın dostuq. Adını çəkdiklərimin hamısı braziliyalılardı. Amma bu o demək deyil ki, yalnız həmvətənlərimlə dostluq edirəm. Azərbaycanlı dostlarım da az deyil. “Qəbələ”də çıxış edən hər bir oyunçu ilə münasibətim yaxşıdı, onlar mənim qardaşlarım sayılırlar.
- Braziliyadakı dostlarınıza Azərbaycanı necə təqdim edirsiz?
- Onlara ölkəniz barədə müsbət fikirlərimi çatdırıram. Ölkənizdə müxtəlif millətlərdən olan insanlar yaşayırlar. Ailəm yanımdadı. Bundan böyük xoşbəxtlik ola bilməz. Azərbaycanda darıxmıram. Dostlarım xətrimi çox istəyirlər.
- Azərbaycanda bəs nəyi bəyənmirsiz?
- Yalnız yolları. Başqa hər şey ürəyimcədi.
- Burda olduğunuz müddətdə heç Azərbaycan toyunda iştirak etmisizmi?
- (Düşünür). Xeyr. 5 ildi ölkənizdə yaşasam da, hələ bir dəfə də olsun, Azərbaycan toyunda iştirak etməmişəm.
- 5 ildə bir neçə xarici dil öyrənmək olar. Dodo bu müddətdə niyə Azərbaycan dilini öyrənməyib?
- Öyrənməyə çalışıram. “Salam-əleyküm”, “necəsən”, “yaxşı”, “sağ ol”, “çox sağ ol” sözlərini bilirəm. Başqa bildiyim sözlər də var. Yavaş-yavaş Azərbaycan dilini öyrənirəm.
- Azərbaycan müğənnilərindən kimisə tanıyıb, mahnılarına qulaq asırsızmı?
- (Telefonunda Sərdar Ortaçın “Balım” mahnısının kiçik hissəsini mənə dinlədir) Baxın, bu müğənnini və onun mahnılarını bəyənirəm. Əsas da bu mahnısı ürəyimcədi. Səhv etmirəmsə, türk müğənnisidi. Onun səsini çox bəyənirəm. Səfər oyunlarına gedəndə hərdən komanda yoldaşlarımız Azərbaycan musiqilərinə qulaq asırlar. Mahnıların adları yadımda qalmasa da, bəyəndiklərim çox olur.
- “Qəbələ”də Roman Qriqorçuk, Dorinel Muntyanu, Yuri Syomin və Fatih Kavlak kimi məşqçilərlə çalışmısız. Bunlardan ən çox bəyəndiyiniz məşqçi hansı olub?
- Mən onların heç biri ilə problem yaşamamışam. Roman Qriqorçukla birgə işləməkdən məmnunam. Amma Syomini daha çox bəyənirdim. Yenə deyirəm, adını çəkdiklərinizin hər biri yaxşı məşqçidi. Sadəcə, Syomin mənim daha çox xoşuma gəlirdi. Hansısa bir xüsusiyyətini fərqləndirmək istəməzdim. “Borussiya” ilə Bakıdakı oyunumuzu izləmək üçün Azərbaycana gəlmişdi. Gəldiyindən xəbərim olsa da, onunla görüşə bilmədim.
- Qeyd etdiyiniz kimi, 5 ildi ölkəmizdə yaşayırsız. Yəqin ki, milliləşdirilib, Azərbaycan yığmasına çağırılmaq istərdiniz. Federasiyadan belə bir təklif gözləyirsizmi?
- Əlbəttə ki, gözləyirəm. Mən Azərbaycanda yaşamaqdan məmnunam. Odu ki, ölkənizin yığmasında da oynamaq istərdim. Niyə də olmasın? Mən tərəfdən problem yoxdu. 5 il az müddət deyil. Azərbaycan millisində oynaya bilməyim üçün yetərli müddətdi. Əgər federasiya tərəfindən belə bir imkan yaradılsa, sevinərəm.
- Azərbaycan çempionatında çıxış edən futbolçulardan kimi ən güclü müdafiəçi hesab edirsiz?
- Rafael Santosu. O, mənim komanda yoldaşımdı, “Qəbələ”də birgə çıxış edirik. Məşqlərdə Rafaya qarşı oynadığımdan, əsl gücünə bələdəm. Bir də “Qarabağ” və Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovu bəyənirəm. Əla müdafiəçidi.
- Hansı azərbaycanlı futbolçular Avropada legioner həyatı yaşaya bilərlər?
- Belə futbolçularınız çoxdu. Biri elə Rəşadın özü. “Qarabağ”ın digər oyunçusu Qaranı da bəyənirəm. O da ölkə xaricində oynaya bilər. Çoxunun adını unutmuşam. Hə, bir də “Neftçi”də çıxış edən Araz Abdullayev və Ruslan Qurbanovu deyərdim. Hər ikisi yaxşı futbolçudu.
apasport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |