"Xəzər Lənkəran"dan 4 səfər qələbəsi

20.11.2015 | 2440 dəfə oxunub

“Xəzər Lənkəran”ın aşağı yaş qrupları başa çatan həftədə də qələbələri sıralayıblar.

 

Stadium.az xəbər verir ki, uzaq Tovuz səfərinə yollanan U-17 komanda rəqibini darmadağın etməklə əbəs yerə belə uzun məsafə qət etmədiyini nümayiş etdirdi. Ağadadaş Həmidovun komandası rəqibini 7:1 hesabı ilə məğlub etdi. Bu oyunda poker etməklə Kamal Dənziyev yarışda vurduğu qolların sayını 8-ə çatdırdı (onun hesabında əvəzedicilər çempionatında da 5 qolun olduğunu unutmayaq). Kənan Həsənov bu oyunda dubl etdi, daha bir qolu isə Fərid Nağızadə rəqib qapısından keçirdi. 

 

U-15 komandasını bu tur səfərdə “Qarabağ”la ciddi sınaq gözləyirdi. Komanda bu oyunda da quru hesablı qələbə qazanmağa nail oldu – 1:0. Yeganə qol penaltidən fərqlənən Tural Bayramovun hesabındadır.

 

Çərşənbə günü isə U-19 komandası “Qarabağ” səfərinə yollandı. Hafiz Əliyevin yetirmələri də 1:0 hesablı qələbə qazanmağa nail oldu. Bu oyunda da qələbə qolu penaltidən vurldu, qolun müəllifi isə Milad Bayramov oldu.

 

Səfərlər və qələbələr həftəsini U-16 komandası davam etdirdi. Təqvim üzrə Lənkəranda keçirilməli oyun qarşılıqlı razılıq əsasında paytaxtda baş tutdu. Yetirmələr bu görüşdə 6:1 hesablı qələbəyə sevindilər. Qolların müəllifləri: Elməddin Əsədullayev, Nurlan Fərəcli(2), Xəqani Sadıqov (2) və Cavid Cəfərov.

 

Bu gün isə U-15 Liqası çərçivəsində təxirə salınmış matçda komanda “Qəbələ”nin qonağı oldu. Tural Bayramov oyunda penaltidən hesabı açsa da, yekunda komanda böyük hesabla məğlub oldu – 1:4.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail