Eldar Muradov: "Qol vuran zaman qeyri-adi hiss keçirmədim"

"Sumqayıt Şəhər"in hücumçusu milliyə qayıdacağına inanır

05.10.2011 | 6127 dəfə oxunub

Azəraycan Premyer Liqasının son turunda "Kəpəz"lə qarşılaşmada heç-heçə edən "Sumqayıt Şəhər"in yeganə qolunun müəllifi Eldar Məmmədov klubun rəsmi saytına müsahibə verib.

Stadium.az həmin müsahibəni təqdim edir.

 - “Sumqayıt Şəhər”in Premyer Liqada uğursuzluğunun səbəbi nədi?
- “Sumqayıt Şəhər” bildiyiniz kimi yeni yaranmış kollektivdi. İlk günlər bəzi problemlərlə qarşı-qarşıya qalmışdıq. Heyətin formalaşması baxımından da, çətinliklərimiz kifayət qədər idi. Lakin zaman keçdikcə komandanın oyununda irəliləyiş hiss olunur. Uğursuzluğun başlıca səbəbi isə təcrübəsizlikdir. Futbolçularımızın əksəriyyəti gənclərdir. Təcrübəsizliyi əsas gətirib danışmaqda da yanlışdır. Öz üzərimizdə daha çox işləyib arzuolunmaz vəziyyətdən çıxmalıyıq.

- Gəncədə “Kəpəz”lə qarşılaşmada ilk qolun müəllifi oldun. Premyer Liqada ilk dəfə fərqləndiyin üçün hansı hissləri keçirdin?
- “Kəpəz”lə qarşılaşmada komanda olaraq çox yaxşı oynadıq. İkinci hissənin debütündə Hacı Əhmədovun zərbəsindən sonra top qapıdan keçsəydi nəticə xeyrimizə başa çata bilərdi. Qol vuran zaman qeyri-adi hiss keçirmədim. Mən hücumçuyam, hər oyuna qol vurmaq üçün çıxıram. Düşünürəm ki, qolların davamı gələcək. Bir müddət əvvəl 21 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına qatılmışdım. Ümid edirəm ki yaxın gələcəkdə yenidən U-21-ə dəvət alacağam.

- Növbəti turda doğma azarkeşlər qarşısında “Bakı” ilə üz-üzə gələcəksiniz. Bu oyundan hansı nəticəni gözləyirsən?
- “Bakı” Azərbaycan futbolunun ən güclü klubları sırasındadır. Paytaxt klubunun heyətində kifayət qədər təcrübəli futbolçular yer alır. Oyun bizim üçün çətin keçəcək, amma biz də meydana məğlub olmaq üçün çıxmırıq.

- Hansı futbolçu ilə meydanda daha yaxşı anlaşa bilirsən?
- Komandaya yeni gəldiyim zamanlar çətinlik çəkirdim. Uşaqları tanımırdım. Amma vaxt ötdükcə hər şey qaydasına düşdü. Oyunlar zamanı heç bir futbolçu ilə anlaşma problemi yaşamıram. Nisbətən Emin Mustafayev və Mahmud Qurbanovu meydanda daha yaxşı başa düşürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail