Klublarımız uçuruma niyə yuvarlanır? SORĞU
Son vaxtlar Azərbaycan Premyer Liqasında çıxış edən komandaların səviyyəsinin aşağı düşməsi heç kimə sirr deyil. Kimsə bunu maddi sıxıntı ilə, kimsə də klub rəhbərlərinin futboldan anlayışı olmamaları isə bağlayırlar. Stadium.az olaraq, bu dəfə də klublarımızın düşdüyü bu məsələni araşdırmağa çalışdıq. Saytımıza danışan idman jurnalistlərin dediklərini sizə təqdim edirik:
Nariq Muxtarlı (Komanda.az-ın əməkdaşı): "Sözsüz ki, klubların maliyyə vəziyyətinin pisləşməsi komandaların səviyyəsinə təsir etməliydi. Çünki pulsuzluqdan xeyli legioner çempionatı tərk etdi. Bu da bir daha onu göstərir ki, əslində Azərbaycan çempionatının səviyyəsini yüksəldən elə legionerlərdi. Çünki hansısa komandamızın gücünə güc qatacaq yerli futbolçu yoxdu. Digər tərəfdən, pulsuzluq bəzi komandaların əslində nə ilə məşğul olduğunu da üzə çıxartdı. Ortada “İnter” nümunəsi var. Cahangir Hacıyev Beynəlxalq Bankda hansı maxinasiyaları edirdisə, “İnter”də də həmin maxinasiyalar təkrarlanırdı. 10 milyon büdcə sahib “İnter” Avrokuboklarda cəmisi bir mərhələ adlayırdı. Ancaq 250 minlik büdcəyə sahib “İnter” bundan artığını etdi. Bu da onu göstərir ki, bizim klub rəhbərlərinin elə pulu olmasa yaxşıdı. Çünki bu moşenniklər o pulu futbolun inkişafına xərcləmirlər, mənimsəyirlər. “Xəzər Lənkəran” 10 il kef-damaq içində yaşadı. Nəyə nail oldular? İndi komanda dağılmaq üzrədi. Halbuki 10 ildə havaya sovrulan vəsaitə elə bünövrə qurmaq olardı ki, indi onun bəhrəsini görərdilər. Maliyyələşmənin yaxşı vaxtında işlər düzgün qurulsaydı, pulun olmadığı zamanda səviyyə fərqi aşkar sezilməzdi. Azərbaycan futboluna bundan sonra yenə də maliyyə axını olsa, yenə də eyni vəziyyət yaşanacaq. Futbolumuzun səviyyəsini qaldırmaq üçün səviyyəsiz AFFA, klub rəhbərlərindən qurtulmaq lazımdı. Kadr islahatları aparılmasa, oğrular, moşenniklər futbol təsərrüfatından uzaqlaşdırılmasa, Azərbaycan futbolunu bundan da betər günlər gözləyir. İslahatlar olmasa, növbəti il siz yenə də “futbolumuzun səviyyəsi ötən ilə nisbətən niyə aşağı düşüb” sualı ilə bir daha həmkarlarınıza müraciət etməli olacaqsız".
Ilqar Tağıyev ("Het-trik news" qəzetinin baş redaktoru): "Dediyinizdən belə qənaətə gəlmək olar ki, əvvəllər klublarımızın səviyyəsi indikindən üstün idi. Mən fərqli düşünürəm. Toplam halda götürdükdə bu, həqiqətən də belədir. Düzdür, ayrı-ayrı vaxtlarda bəzi klublarımız yaxşı nəticələr əldə ediblər, peşəkarlıq nümayiş etdiriblər. Amma indi ölkədə 1 klub var ki, onu Avopada rəqabətədavamlı saymaq olar. Bu da "Qrabağ"dır. "Bakı"nın Avropa Liqasının play-off mərhələsində büdrəməsi, "Neftçi"nin, "Qəbələ"nin qrupa düşməsi yüksək səviyyədən xəbər vermir. Bunlar sırf ölkə miqyaslı klub olublar və qitə ilə ayaqlaşa bilməmələri nəticədə öz əksiini tapıb. Son illər stabil transfer siyasəti həyata keçirməklə özünəməxsus oyun nümayiş etdirən, bununla da nəticə əldə edən "Qarabağ" istisna olmaqla digər klublarımız və ümumilikdə Premyer Liqanın səviyyəsinin yüksək olmasından danışmağa dəyməz.
Vəziyyətdən çıxış yoluna gəlincə, əvvəla futbola baxışımızı dəyişməliyik. İkincisi, bizdə klublar hansısa şəxslərdən asılıdır. Bu gün həmin insan varsa komanda da var, yoxdursa, komanda da yoxdur. Məntiqlə bu qənaətə gəmək olar ki, Azərbaycan futbolunda klublar yox şəxslər qalib gəlir. Və yaxud dağılır. Neçə dağılmış klub adı çəkmək olar ki, səbəb də eynidir - rəhbərin klubdan ya əl çəkməsi, ya da iflasa uğraması. Çxış yolu üçün kompleks tədbirlər həyata keçirilməlidir. Elə olmalıdır ki, klublar özünü kimsədən asılı olmadan dolandıra bilsin. TV yayımından, meydanın kənarındakı reklam bannerlərindən, titul sponsorundan, bilet və atributika satıışından və s. gələn gəliri nizamlamaq lazımdır".
Mərdan Həsənov (Newsport.az-ın baş redaktoru): "Səbəblər çoxdur. Ən əsas səbəb isə maliyyədir. Bir-iki klubdan başqa bütün klublarda ciddi maliyyə problemləri var. Bu da komandaların çıxışına təsir göstərir. Belə getsə, Azərbaycan futbolunun səviyyəsi bundan da aşağı düşəcək. Nə qədər ki, komandalarımız klub səviyyəsinə keçməyib, belə də davam edəcək. Futbol komandalarımız klub səviyyəsinə keçməlidir".
Əli Həyati (Futbolmedia.az-ın baş redaktoru): "İlk olaraq Avrliqa oyunlarının olması iddialı klublar "Qarabağ" və "Qəbələ"nin oyunlarında öz nəticəsini göstərir. Çünki həmin klublar bütün diqqətini və gücünü məhz Avroliqa oyunlarına yönəldirlər. Digər klublarda isə maliyə probemləri, bu üzdən futbolçuların motivatsiyasının aşağı düşməsi və çempionatın səviyyəsində eniş olmasını deyərdim. "Qəbələ"də isə klub daxili problemlərin olduğunu söyləmək olar. Baş məşqçinin diqqətinin digər gələn təkliflərə daha doğrusu Ukrayna və digər klublardan gəllən təklifləri gizlincə dəyərlənməsi onun komandası olan "Qəbələ"nin çıxışlarına təsirsiz ötüşmür. Qriqorçuk bildiyim məlumata görə neçə aylardı yeni müqaviləyə qol çəkməkdən imtina edir. Həm məşqçi, həm də futbolçularda ruh düşgünüyü özünü qabarıq şəkildə göstərir. Məhz bu üzdən klubun uğursuz çıxışları davam edir. Autsayderlərdən olan "Rəvan"la oyunundakı nəticədə dediklərimi təsdiqləyir".
Səxavət Qurbanov(İdmanxəbər.com-un baş redaktoru): İlk növbədə mən belə düşünmürəm. Səviyyə nəyə deyirsiz? Lidrer "Qarabağ" Avropa Liqasında kifayət qədər yaxşı oyun sərgiləyir və hətta qrupdna çıxmaq şansı var. "Qəbələ" daxili arenadakı uğursuzluğa rəğmən avrokuboklarda yaxşı futbol oynayır. Ola bilər çempionatın səviyyəsi biraz aşağı düşsün. Bu da maddi durumla bağlıdı. "Xəzər", "Neftçi" kimi komandaların iddiasız durumd olması çempionata marağı azaldıb. AZAL, "Sumqayıt", "Rəvan" kimi komandalar hər zaman ona-0buna badalaq vurmaqla məşğul olub. Düşünmürəm ki, komandalarımızın səviyyə çox aşağı. Sadəcə hazırkı durum bir neşə iddialı klubumuzu "yandırdı" və nəticəsi də bu. Qaldı ki, hansısa addımları atmağa, burda bir vaxitan var ya "Qarabağ" zəifləməli ki eyni gücdə komandalar qalsın, ya da bütün klublar "Qarabağ" kimi oynamalıdı".
Cavid ƏHMƏDOĞLU
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |