Berti Foqts: "Bunu AFFA və PFL-dən soruşmaq lazımdır"
Millimizin baş məşqçisi mətbuat önünə çıxdı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah Bakıda Avstriya ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün mətbuat önünə çıxıb.
Stadium.az xəbər verir ki, oyunöncəsi medya nümayəndələrinə açıqlama verən alman mütəxəssis bunları dilə gətirib: "Qazaxıstan yığması ilə oyunda qazanılan qələbədən sonra komandada ab-hava yaxşıdır. Futbolçular yüksək əhval-ruhiyyədədirlər. Belə ab-havada komandanı növbəti oyuna hazırlamaq daha asandır; futbolçular daha inamlı, soyuqqanlı olurlar. Bütün oyunçular özlərinə inanır və sərbəst məşq edirlər.
Avstriya millisi gənc və güclü komandadır. Heyətində texnikalı futbolçular var. Onların futbolçuları güclü komandalarda çıxış edirlər. Bizim futbolçuların hazırlığı istənilən səviyyədə deyil, müəyyən çatışmazlıqlar var. Təəssüf ki, bu oyunda Aqil Nəbiyev və Mahir Şükürov iştirak edə bilməyəcək. Onların yoxluğu bizim üçün ciddi itkidir. Əgər Makedoniya yığması ilə oyunun ilk yarısı, Belçika və Qazaxıstan milliləri ilə oyunların ikinci hissəsində oynadığımız kimi çıxış etsək, sabah qələbə qazana bilərik. Bizi hazırda Türkiyə yox, Avstriya yığması ilə oyun maraqlandırır".
Berti Foqts daha sonra hazırlıq planının ürəyincə olmadığını da qeyd edib: "Mən istərdim ki, daha çox məşq edək. Lakin mənə bu şəraiti yaratmadılar. Avropada sürətli futbol oynayırlar. Buna görə də hazırlığa daha tez başlamaq niyyətində idim. Ancaq çempionata görə alınmadı. Bunun səbəblərini isə AFFA və PFL-dən soruşmaq lazımdır".
Təcrübəli mütəxəssis qrupdakı digər oyun barədə də fikir bildirib: "Bizim üçün Türkiyənin yox, öz oyunumuz vacibdir. Bizi Avstriya ilə qarşılaşma maraqlandırır. Bununla belə, Almaniyanın da Türkiyəyə qalib gələcəyini düşünürəm".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |