AZAL-ın hazırlıq planı dəqiqləşdi

23.12.2015 | 2409 dəfə oxunub

“Zirə” ilə oyundan sonra istirahətə yollanan AZAL-da qış hazırlıq planları dəqiqləşib.


Stadium.az xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov hazırlıq proqramını dünən rəhbərliyə təqdim edib.

3 mərhələdən ibarət təlim proqramına əsasən məşqlər gələn il yanvarın 5-də bərpa olunacaq. İlk gündə tibbi baxışdan keçiriləcək komandanın üzvləri ayın 6-da meydançaya çıxacaq. Birinci mərhələ yanvarın 10-da yoldaşlıq görüşü ilə yekunlaşacaq. 11-24 yanvar aralıgında isə növbəti təlim-məşq toplanışına start veriləcək.

Bu müddət ərzində məşqlərlə yanaşı ən azı 4 yoxlama oyunu da keçiriləcək. Artıq rəqiblərin axtarışına başlanılıb. Çox güman AZAL hazırlıq dövründə ölkə xaricinə yollanmayacaq “Kəpəz”lə iki oyunda üz-üzə gələcək. Klublar arasında ilkin danışıqlar aparılır və bunun nəticəsindən asılı olaraq oyun tarixləri müəyyənləşəcək. Əgər “Sumqayıt” və “Rəvan” kimi elita klubları da Bakıda qalsa, onda bu sınaqçı-rəqiblərə də müraciət olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail