Samir Əliyev: "Mən Əsgər Abdullayevin postunda qalmasının tərəfdarıyam"

23.12.2015 | 2901 dəfə oxunub

"Neftçi"nin sabiq baş məşqçisi Samir Əliyevin müsahibəsi

- Yəqin ki, "Neftçi"nin Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Kəpəz"ə qarşı səfər oyununu izlədiniz. Sizcə, 1:1 ədalətli nəticə oldu?
- "Neftçi"nin qələbə qazanmasını istəyirdim. Komandanın ikinci hissədə qol vurmaq üçün şansları var idi. Amma Araz Abdullayevlə Məhəmməd Qurbanov şanslarından yararlana bilmədilər. "Kəpəz"in də fərqlənmək şansları oldu. Gəncə şəhər stadionunun vəziyyətini nəzərə alsaq, məncə, heç-heçə pis nəticə deyil.

- Əsgər Abdullayevin baş məşqçi postuna gəlməsindən sonra "Neftçi" kubok və çempionatda 7 oyun keçirdi, dördündə qələbə qazandı. Bu nəticəni qənəatbəxş saymaq olar?
- Əlbəttə, bu gün üçün yaxşı nəticə olduğunu düşünürəm. Heyətdə təcrübəsiz və zədəli oyunçuların sayının çox olmasını da nəzərə almaq lazımdır.

- Klub rəhbərliyi indi onu da əcnəbi mütəxəssislə əvəz etmək fikrindədir. Sizcə, Abdullayevi ən azı yaya kimi saxlamaq daha düzgün olmazdımı?
- Təkcə yaya qədər yox. Baş məşqçiyə komandanı formalaşdırmaq, nəticə qazanmaq üçün daha çox vaxt lazımdır. Açığını deyim ki, mən Abdullayevin saxlanılmasının tərəfdarıyam. Onun öz sözünü deyəcəyinə inanıram.

- Sizin gələcəkdə yenidən "Neftçi"yə baş məşqçi kimi qayıtmağınız mümkündür?
- Hələ hər şey qarşıdadır. Həyatda mümkünsüz heç nə yoxdur.

- Bu qayıdış Əsgər Abdullayevin köməkçisi kimi olsa, razılaşarsınız?
- Əlbəttə, belə bir təcrübəli mütəxəssislə yanaşı çalışmaq, ondan öyrənmək yaxşı olardı. Amma hazırda Əsgər Abdullayevin öz köməkçiləri var.

- Sizcə, "Neftçi" bu mövsüm avrokuboklara vəsiqə qazana biləcək?
- Mən buna inanıram. İndiki heyət zamanla daha da güclü olacaq. Çünki heyətdə kifayət qədər istedadlı gənclər var. Düzdür, komanda hələ sabit çıxış edə bilmir. Amma inanıram ki, zamanla hər şey qaydasına düşəcək.

- "Qarabağ" çempionata inamla liderlik edir. Ağdam klubunun ardıcıl üçüncü dəfə ölkə çempionu olmasına şübhə varmı?
- Mən də bu il "Qarabağ"ın növbəti dəfə çempion olacağını düşünürəm. Çünki bu komandanın indiki uğurlarının planı hələ 6-7 il öncədən qurulub. Onlar səbrlə neçə il idi ki, bu uğurları qazanacaq komanda formalaşdırıblar. Bu gün də həmin zəhmətlərinin bəhrəsini görürlər. azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail