"Neftçi"nin maliyyə problemlərini mən həll etmirəm"

"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayevin müsahibəsi
- Müşahidə Şurasının sizi postunuzda saxlayacağını gözləyirdiniz?
- Müşahidə Şurasına başda Çingiz Abdullayev başqa olmaqla təşəkkürümü bildirirəm ki, mənə belə etimad göstərdilər. Onların bu etimadını öz işimlə doğrultmağa çalışacağam. Bunu gözləyib-gözləməməyim isə artıq vacib deyil.
- Manatın devalvasiyası sizin xeyrinizə işlədi. Çünki klub əcnəbi mütəxəssis dəvət etməyə hazırlaşsa da, xərclərin çox olacağından ehtiyatlanıb, yerli məşqçiylə çalışmağa davam qərarı verdi...
- Bu barədə danışmaq istəmirəm. Bu sualın mənə aidiyyatı yoxdur. Bundan sonra mən ancaq necə nəticə qazanmaq barədə düşünməliyəm.
- Bunun üçün heyəti gücləndirmək lazımdır. İndiki vəziyyəti nəzərə alsaq, bu, sizdə nə dərəcədə alınacaq?
- Mən "Neftçi"nin maliyyə problemlərini həll etmirəm. Şübhəsiz ki, komandaya həm yeni legionerlər, həm də yerli futbolçular cəlb olunacaq. Amma onlar oyun və xarakter baxımından bizə uyğun olmalıdırlar.
- Mixal Peskoviçlə Məhəmməd Qurbanovun komandanı tərk etməsi dəqiqləşib?
- Yaxın günlərdə komandadan kimlərin gedəcəyini rəsmi olaraq açıqlayacağıq.
- Sizin qısa vaxt ərzində sabit çıxış edən komanda formalaşdıra bilməyiniz bu postda qalmağınızda az rol oynamadı. Bu sabitliyi saxlaya biləcəksiniz?
- Mən komandaya rəhbərlik etməyə başlayanda əhval-ruhiyyə yaxşı deyildi. İnamsızlıq var idi. Mən qısa vaxt ərzində vəziyyəti düzəltməyə, oyun sistemində dəyişiklik etməyə çalışdım. Şadam ki, inkişafa nail oldum.
- Amma komandanız fasiləyə 6-cı pillədə yollandı...
- Əsas odur ki, komanda düzgün yoldadır. Biz turnir cədvəlində irəliləmək istəyirik. İnanıram ki, və çox istəyirəm ki, avrokuboklara vəsiqə qazanaq. Bunun üçün iki yolumuz var - biri Premyer Liqadan, digəri kubokdan. Futbolda isə hər bir oyunun üç cür nəticəsi olur. Mənim istəyim isə ondan ibarətdir ki, hətta uduzanda da komandam yaxşı futbol sərgiləsin.
- "Neftçi" avrokuboklara vəsiqə qazansa, PRO kateqoriyanızın yoxluğu sizə problem yaradacaq...
- Öncə komandanı oraya aparıb çıxarmaq lazımdır. Mənim o vaxt komandada olub-olmayacağım isə ikinci dərəcəli məsələdir. Belə bir klub avrokuboklardan kənarda qalmamalıdır. Amma təbii ki, gələcəkdə çalışıb PRO lisenziyasını da almalıyam. azerisport
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |