132 gün, 18 oyun, 26 futbolçu

25.12.2015 | 3265 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 2015-2016 mövsümünün ilk yarısı başa çatıb.


Stadium.az xəbər verir ki, çempionatın ilk 2 dövrəsinin 18 turundan sonra “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Son iki mövsümün bürünc mükafatçısı avqustun 10-da ilk matçına çıxdığı çempionatın ilk yarısının son oyununu dekabrın 19-da 131 gündən sonra keçirib. Bir sözlə, mövsümün ilk hissəsi “qırmızı-qaralar” üçün 132 gün davam edib.

10.08.2015. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
15.08.2015. AZAL (Bakı) - Qəbələ - 0:2
23.08.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:0
12.09.2015. İnter (Bakı) - Qəbələ - 2:1
21.09.2015. Qəbələ - Sumqayıt - 1:0
25.09.2015. Rəvan (Bakı) - Qəbələ - 0:3
04.10.2015. Qəbələ - Xəzər Lənkəran - 6:0
17.10.2015. Neftçi (Bakı) - Qəbələ - 0:1
25.10.2015. Qəbələ - Zirə (Bakı) - 0:0
28.10.2015. Qəbələ - AZAL (Bakı) - 0:0
01.11.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:2
09.11.2015. Qəbələ - İnter (Bakı) - 1:1
21.11.2015. Sumqayıt - Qəbələ - 2:2
30.11.2015. Qəbələ - Rəvan (Bakı) - 1:1
06.12.2015. Xəzər Lənkəran - Qəbələ - 0:1
13.12.2015. Qəbələ - Neftçi (Bakı) - 0:1
16.12.2015. Zirə - Qəbələ - 1:0
19.12.2015. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

Oyun, rəqib:

* “Qəbələ” keçirdiyi 18 oyunda 7 qələbə qazanıb, 7 heç-heçə edib və 4 dəfə uduzub, 28 xal toplayıb. Öz meydanında 10 matçda 3 qələbə, 5 heç-heçə və 2 məğlubiyyəti olan komandamız 14 xal qazanıb. Səfərdəki 8 oyunda 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə eyni sayda – 14 xal yığıb.

* “Qırmızı-qaralar” 5-8-ci turlarda ardıcıl 4 qələbə qazanıb. “Qəbələ” 9-14-cü turlarda 6 oyun qalib gələ bilməyib.

* Roman Qriqorçukun komandası 12-14-cü turlarda ardıcıl 3 heç-heçə edib. Komandamız 2-8-ci turlarda 7 matçı “sülhsüz” keçirib.

* “Qırmızı-qaralar” 5-10-cu turlarda 6 məğlubiyyətsiz qarşılaşma keçirib. 16-17-ci turlarda isə ardıcıl iki oyun xalsız qalıb.

* “Qəbələ” qarşılaşdığı 9 rəqibin birindən – “Xəzər Lənkəran”dan 6 xal alıb. “Rəvan”, “Sumqayıt”, AZAL-la görüşlərdə 4 xal qazanan komandamız “Neftçi” və “Kəpəz”lə görüşlərdə 3 xal yığıb. “Qarabağ”dan 2 xal alan “qırmızı-qaralar” “İnter” və “Zirə” ilə matçlarda 1 xalla kifayətlənib.

Qol:

* “Qəbələ” 18 turda 24 qol (orta hesabla 1,333) vurub, 13-nü (0,722) buraxıb.

* Komanda öz meydanında 13 top (1,300) vurub, 7-ni (0,700) buraxıbsa, səfərdə 11-ni vurub (1,375) və 6-nı (0,750) buraxıb.

* “Qırmızı-qaralar” ilk 8 turda ardıcıl qol vurub. 9-10-cu və 16-17-ci turlarda iki oyun qolsuz keçirib.

* “Qəbələ” 5-10-cu turlarda ardıcıl 6 “quru” oyunda qapısını toxunulmaz saxlayıb. 11-14-cü turlarda ardıcıl 4 matçda qol buraxıb.

* 4-cü turu buraxıb, 2-10-cu turlarda keçirdiyi 8 matçda qapısını toxunulmaz saxlayan Dmitri Bezotosnı 729 dəqiqəlik “quru” seriyaya nail olub. Qapıçı klub tarixində 2-ci, Azərbaycan çempionatları tarixində 14-cü nəticə ilə yanaşı, dünya rekordlarının yer aldığı İFFHS siyahısına düşmək üçün zəruri olan 660 dəqiqəlik səddi arxada qoyub.

* Bütün komandaların qapısına yol tapan “qırmızı-qaralar” “Xəzər Lənkəran”ı 7, “Rəvan”ı 4 dəfə məyus edib.

* “Qəbələ” 1-ci hissədə 11, fasilədən sonra 13 qol vurub. Komandanın buraxdığı toplardan 7-si ilk, 6-sı ikinci hissədə qeydə alınıb.

* Komandanın ən yaxşı bombardiri Aleksey Antonovdur – 6 qol.

* Ümumilikdə “Qəbələ”nin 7 oyunçusu qol sevinci yaşayıb. Antonovdan başqa Aleksey Qayla Fakundo Pereyra hərəyə 4, Ermin Zetslə Samir Zərgərov hərəyə 3, Dodo 2, Sergey Zenyov 1 dəfə fərqlənib.

* Daha bir qol avtoqol müəllifi olan “Sumqayıt”lı Cəmil Hacıyevin hesabındadır.

* Komandanın yerinə yetirdiyi 3 penalti zərbəsindən ikisi qolla nəticələnib. Aleksey Qay hər iki imkandan yararlanıb. Dodo isə yeganə penaltisini qaçırıb.

* "Qəbələ"nin qapısına təyin olunan yeganə 11 metrlik cərimə zərbəsini Dmitri Bezotosnı buraxıb.

* Komanda mövsümün ilk yarısında 3 qapıçıya güvənib. Andrey Popoviç 8, Dmitri Bezotosnı 4, David Pietrzkieviç 1 qol buraxıb.

* Mövsümün ilk yarısında futbolçular bir dubla imza atıb. Bir oyunda 2 qol vurmaq Fakundo Pereyraya nəsib olub.

Digər məqamlar:

* 18 turda “Qəbələ”ni meydana 4 kapitan çıxarıb. Dodo 13, Aleksey Qay 3, Rəşad Sadiqovla Ürfan Abbasov hərəyə 1 dəfə matça kapitan sarğısı ilə başlayıb.

* Komandanın 10 ev oyununda 13650 tamaşaçı qeydə alınıb. Ən çox azarkeş 1-ci turun “Qarabağ”la matçında təsadüf olunub – 3200.

* “Qəbələ” mövsümün ilk yarısında 2 böyükhesablı qələbə qazanıb. Komanda 6-cı turda “Rəvan”ı 3, növbəti matçda “Xəzər Lənkəran”ı 6 cavabsız qolla məğlub edib.

* “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk 18 turda 26 futbolçuya şans verib. Onlardan yalnız ikisi – Aleksey Qay və Aleksey Antonov bütün oyunlarda iştirak edib.

* 26 oyunçudan 15-i matçların yarıdan çoxunda iştirak edib.

* Futbolçular iki dövrə ərzində 34 sarı, 1 qırmızı vərəqə ilə cəzalanıb. Yeganə qırmızı Rəşad Sadiqova göstərilib.

* 15 oyunçu sarı vərəqə alıb ki, Elvin Camalov hamıdan çox – 5, Arif Daşdəmirov 4 dəfə cəzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail