Bülənt Qorxmaz: "Razılıq verilsə, Qaraya dəvət göndərərək, danışıqlara başlayacağıq"

28.12.2015 | 3392 dəfə oxunub

Türkiyənin "Mersin İdman Yurdu" futbol klubunun rəhbərliyi "Qarabağ"ın müdafiəçisi Qara Qarayev və "Kəpəz"in hücumçusu Tural Rzayevlə bağlı qərarını dekabrın 29-da açıqlayacaq. 

Stadium.Az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Bülənt Qorxmaz açıqlama verib.

47 yaşlı mütəxəssis hər iki futbolçu ilə ciddi maraqlandığını təsdiqləyib: "Mən Azərbaycan Premyer Liqasını yaxından izləyirəm. Üstəlik, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki çıxışından xəbərdaram. Hər ikisi maraq dairəmizdədir. Sabah rəhbərliklə görüşərək transfer planlarımı açıqlayacağam. Razılıq verilsə, futbolçulara dəvət göndərərək, danışıqlara başlayacağıq".

B.Qorxmaz komandanın maliyyə problemləri ilə üzləşməsinə dair xəbərlərə də münasibət bildirib. Onun fikrincə, klubu Mersin bələdiyyəsi himayəyə götürdüyündən, maddi sıxıntı yaşanmayacaq.

"Mersin İdman Yurdu" Türkiyə Super Liqasında 17 turdan sonra 10 xalla 17-ci pillədə qərarlaşıb. Klub ötən gün "Bursaspor"a uduzub - 1:2. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail