"İnter" "Neftçi" ilə oyuna hazırlaşır

Səbuhi Məmmədov: "Futbolçulara 4 gün istirahət verildi"

11.10.2011 | 6168 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 9-cu turunun mərkəzi oyununda "İnter" son çempion "Neftçi"nin qonağı olacaq. Stadium.az xəbər verir ki, ötən tur doğma azarkeşləri önündə "Xəzər Lənkəran"ı məğlub etməklə turnir cədvəlinin üçüncü pilləsinə yüksələn "İnter" "Neftçi" ilə səfər oyununa ciddi hazırlaşır.

"İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov oyunla əlaqədar bunları bildirib: "Ötən tur "Xəzər Lənkəran"la oyundan sonra futbolçulara 4 gün istirahət verildi. Oktyabr 9-da "Şuşa" ilə keçirdiyimiz yoldaşlıq görüşündə 1:0 hesabı ilə qalib gəldik. "Neftçi" ilə oyunun hazırlıqlarımızı davam etdiririk".

"İnter"in müdafiəçisi Volodimir Levin Azərbaycanın əsas milli komandasının, qapıçı Səlahət Ağayev isə U-21 yığmasının heyətinə cəlb olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail