Mpenza: "Neftçi"nin çempionluq şansı daha da artacaq"

Belçikalı futbolçunun "İnter"lə oyun haqda danışdı

11.10.2011 | 6103 dəfə oxunub

"Neftçi" PFK-nın hücumçusu Emil Mpenza klubun rəsmi saytına açıqlama verib. Stadium.az xəbər verir ki, belçikalı futbolçu Azərbaycan Premyer Liqasının 9-cu turunda keçiriləcək "İnter"lə oyun barədə fikirlərini bildirib:

"Ard-arda 3 oyundur ki, qələbə qazanırıq. Buna görə də, "İnter"lə indi oynamağımız yaxşıdır. Asan olmasa da, inşallah, qalib gələcəyik. Artıq bundan sonra "Neftçi"nin çempionluq şansı daha da artacaq".

Mpenza ötən mövsüm paytaxt təmsilçisinin qapısına yol tapdığını da xatırladıb: "Keçən mövsüm "İnter"ə qol vurmuşam. Çalışacağam ki, rəqibi yenə də məyus edim. Amma əsas olan komandanın qələbəsidir, mənim və ya başqa bir futbolçumuzun fərqlənməsinin fərqi yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail