Manatın devalivasiyası futbolçularımızın xaricə getməsinə təsir edəcək? JURNALİST FİKİRLƏRİ

Azərbaycan
futbolunun ən böyük bəlalarından biri də, yerli futbolçuların legioner həyatı yaşamamasıdır. Düzdür,
avropa
bazarında bizim futbolçulara təlabat heçdə böyük deyil.
Ümumiyyətlə, demək olar ki, yoxdur. Bunun da əsas səbəblərindən biri xaricdə
oynamaq gücündə olan futbolçularımızın ölkə daxilində çox pul qazanması və buna
görə kənara yollanmaq fikrində olmamasıdır. Amma önündə yaşıl işıq yananlar da az olmayıb.
Amma əksər vaxt futbolçularımızın legioner həyatı yaşamağa maraq göstərməməsinə əsas
səbəb yerli bazarda kifayət qədər qazanc əldə etmələri olub. Hətta layiq olduqlarından artıq alanlar da az olmayıb. Amma manatın devalvasiyaya uğramasından
sonra, vəziyyət 180 dərəcə dəyişib
desək yanılmarıq. Artıq futbolçularımız layiq olduğunan artıqın
almaq nədir, heç layiq olduqların da
ala bilmirlər. Belə məqamda
futbolçularımızın digər ölkələrə üz tutacağı da istisna deyil. Necə ki, bir zamanlar “peraşki dövrü” adlanan, futbolumuzun pulsuz,
ümumiyyətlə, futbolsuz vaxtlarında qazanc
dalınaca Ukraynaya, İrana gedənlər kifayət qədər idi.
Düşünmək
olarmı ki, manatın devalvasiyası futbolçularımızın legioner həyatı yaşamasəna
müsbət təsirin göstərə bilər?
Mövzu ilə bağlı
idman mediasında çalışanların fikrilərin öyrəndik.
Səxavət Qurbanov (İdmanxəbər.com):
“Düşünmürəm. Bizim futbolçuların düşüncə tərzi başqadır. Onlar
yaxşı başa düşürlər ki, yerli çempionatda hansısa uğur əldə edə bilərlər, ancaq
legioner həyatı yaşayıb nəyəsə nail olmaq onlara qorxunc gəlir. Güman ki, bu
devalvasiyanın da təsiri olmaz. Pulun azalıb-çoxalması başqa, düşüncə tərzi dəyişməlidir”.
Asəf
Zeynallı (DSport.az):
"Sözün
düzü, müsbət təsir edəcəyini düşünmürəm. Nə baş verirsə versin, azərbaycanlı
futbolçu üçün "Evimdə oturub, 5-10 manat qazanıram da, niyə ölkə xaricinə
gedim" kimi anlayış daha üstündü. Həm də bizim futbolçulara ancaq Türkiyə
PTT 1-ci liqası səviyyəsində klublar maraq göstərir. Gedib, ehtiyatda oturanlar
da az deyil. Əlinə yaxşı şans düşənlər də "Malaqa"dan imtina edib,
Bakı "İnter"inə keçən Qara Qarayev kimi davranır".
Emin Səfərov (Sport7.az):
"Təsiri olacağını düşünmürəm. Çünki bu,
bizim futbolçuların istəyi ilə gerçəkləşən iş deyil. Gərək tələb ola ki,
futbolçular da getsin. İndiki durumda futbolçularımızın potensialına bələdik. 6-7 futbolçumuz istisna
olmaqla normal klubda, yaxşı şərtlər altında çıxış etmək gücündə deyil. Əvvəlki
dövrlə indiki futbolçular eyni deyil. Belə olmasaydı, Səlahət Ağayev, Vaqif
Cavadov "Sumqayıt"a, Kamran Ağayev də məcburən daha az maaşa
"İnter"ə keçməzdi".
İbrahim Cəfərov (Futbolxeber.az):
“Mən elə deməzdim. Çünki Ukraynaya İrana futbolçularımız pul
olmayan yox, futbol olmayan vaxtı gediblər. Yəqin xatırlayarsız ki, bir ara Fuad Musayevin AFFA-ya rəhbərlik etdiyi son dövrlərdə Azərbaycanda
futbol dayanmışdı. Rusiyaya, İrana, Ukraynaya legionerlər məhz həmin vaxt gediblər. Düzdü, daha əvvəl legionerlərimizin sayı
çox idi. Xususən də Rusiyada. Bununsa iki ciddi səbəbi var. Birinci səbəb odur
kı,o vaxt Azərbaycanda yaxşı futbolçular vardı. Bu gün isə təəssüf ki elələri
yoxdur. Bu gün kimi göndərək xaricə? Gedənlər də 3-4 aydan sonra qayıdır.
Digər səbəb də odur ki, o vaxt Rusiya futbolunda indiki kimi böyük pullar dövr etmirdi".
Mahir Rüstəmli (Futbol+):
"Şəxsən mən devalvasiyanın
futbolçularımızı ölkədən qaçmağa sövq edəcəyinə inanmıram. Əvvəla, hazırda ölkədə legioner həyatı
yaşamağa layiq futbolçuların sayı heç 5-i keçmir. İkincisi, azərbaycanlı
futbolçular öz ürəklərində saxta ailə
kultu yaradıblar. Guya çox ailəcanlıdılar, buna görə ölkədən çıxmırlar.
Üçüncüsü, çox sadə bir səbəb – dil səddi var. Dördüncüsü, başqa ölkədə legioner
həyatı yaşamaq faktiki futbol karyerasına yenidən başlamaq (özünü sübut etmək mənasında)
kimi bir təşəbbüsdü ki, bizim futbolçular da bu ürəyin və cəsarətin sahibi
deyil.
Anar Xanlarov (Rekord.az):
"Məncə, bu iki dövrü müqayisə edərkən bir məqamı mütləq diqqətdən qaçırmamalıyıq. Futbolçularımızın kütləvi şəkildə İrana, Ukraynaya getdiyi dönəmdə ölkədə, ümumiyyətlə, futbol yox idi, çempionat dayanmışdı. Amma indi maddi durum yaxşı olmasa da, çempionat davam eliyir. "Qarabağ", "Qəbələ" kimi klublar büdcəni azaltsa da yenə də normal maaş verir. Bu klublarda oynamağa gücü çatmayanlar da 3-5 min manata gedib "Zirə"də, "İnter"də, "Neftçi"də, "Sumqayıt"da oynayır. Buna da gücü çatmayanlar uzaq başı 1000-1500 manata AZAL-da, "Xəzər Lənkəran"da oynayacaq. Yəni əziyyətdən qaçan, evin içindən çıxmağa ərinən Azətbaycan futbolçusu üçün fərqi yoxdur, bir az ağzını büzəcək, amma yekunda az maaşa qane olub oynayacaq. Xaricə də gedənlər bilirsiniz kimlərdi? Burda heç kimə lazım olmayıb gedib Türkiyənin 4-cü 5-ci liqasında oynayanlar. Açığını deyim, bir futbolçu ki, xaricə devalvasiyaya görə çıxacaq heç elə futbolçunun bizə xeyri də dəyməyəcək. Peşəkar, gələcəyi düşünən futbolçu devalvasiyanı gözləmir, 18-19 yaşından sonra ölkəni tərk edib xaricə yollanır. Bir sözlə, devalvasiyanın bizim futbolçuların legioner həyatı yaşamasına heç bir müsbət təsiri olmayacaq".
Aydın Bağırov (Qol.az):
"Manatın devalvasiyasından sonra klublar transfer
siyasətinə ciddi yanaşacaqlar, əvvəlki illərdə olduğu kimi pullarını lazımsız
transferlərə xərcləməyəcəklər. Yəni legionerlərin ölkəmizə axını azalacaq, bu
da yerli gənc futbolçuların özünü göstərməsi üçün yaxşı şərait yaradacaq. Amma
yaxın bir neçə ildə hansısa oyunçumuzum xaricdə normal klublara, yəni yüksək
liqada çıxış edən komandalardan birinə keçəcəyini gözləmirəm. Ümumiyyətlə,
hazırda Qara Qarayev və Bədavi Hüseynovu çıxmaqla şərti ilə xaricdə ortabab
klublarda oynayacaq səviyyədə oyunçumuz yoxdur. Yaxın bir neçə ildə də
olmayacaq".
İlkin Vaqifoğlu (Sportinfo.Az):
“Düşünmürəm. 12-13
il əvvəl İran, Türkiyə və Rusiyaya göndərə biləcəyimiz futbolçularımız var idi.
Gedib orda çıxış, ölkəmizi bir səviyyədə təmsil edə biləcək futbolçularımız var
idi. Karyerasını düşünən, yalnız bu və gələcək haqqında ciddi planlar qura bilən,
həqiqətən də ciddi fikirlə yola çıxan futbolçularımız var idi. «Neft bumu»nun
futbola təsirinin keçdiyi 2004-cü ilədək Azərbaycandan onlarla oyunçu xaricə üz
tutmuşdu. 2000-2004-cü illər arasında 40-dan artıq legionerimiz var idi, yaxın
və uzaq xarici ölkələrdə. Əksəriyyəti olmasa da, bir neçə nəfər adından söz
etdirirdi, Azərbaycanın adını qaldırırdı. Kamal Quliyev, Samir Əliyev, Mahmud
Qurbanov, Tərlan Əhmədov Ukraynada, Ramiz Məmmədov İranda, Qurban Qurbanov
Rusiyada dillər əzbəri olmuşdu. Mən hələ Nazim Süleymanovu demirəm. Adlarını çəkdiyim
futbolçular eyni zamanda millinin ağırlığını öz üzərlərində daşıyıblar. Onlarda
xarakter olub, Azərbaycanı, millinin qayğısına qalmaq təəssübü olub. Son 10-12
ilin üzdəki futbolçularından hansı birində bu qətiyyət var? Hansı birində bu
özünəinamı, çətinliklərə dözmək iradəsini görmüsüz? Mətbuatın dəfələrlə ilin ən
yaxşı futbolçusu seçdiyi Rəşad Sadıqovdu. Müxtəlif illərdə 4 dəfə legioner həyatı
yaşamağa cəhd göstərmiş, hər birində də uğursuzluğa düçar olmuş millinin
kapitanından misal gətirirəm. Ən parlaq dönəmlərində İranın, Türkiyənin ortabab
klublarında uzun müddət duruş gətirməyən, 3-4 aydan sonra geri qayıtmaq qərarına
gələn Rəşad budusa, mən necə deyim ki, «pirojki dövrü»nə qayıtmağımız digər
futbolçularımızın xaricə axınına müsbət təsir edəcək, bu prosesi sürətləndirəcək?
Çox bədbinəm. Sovet məktəbini 1-2 ay da görmüş ovaxtkı futbolçuların səviyyəsi,
futbola baxışı, futboldan istəyi tamam başqa idi, indikilərin tamam başqa.
Psixologiyası çox düşükdü indikilərin. Yaşları yaşdı, amma hələ yetkinləşməyiblər
beyin olaraq. Dünyagörüşləri partlaq verir. Çox cılız düşünürlər. Perspektivi
olan da, olmayan da «nağd olsun, soğan olsun» fikri ilə butsılarını mıxdan
asacağı günün həsrətini çəkir. Üç-beş manata qane futbolçunu topun ağzına qoyub
atmasan, Azərbaycandan kənara çıxmayacaq. Bəlkə də qeyri-adi qərar olardı, mənə
elə gəlir, AFFA futbolçuların qarşısına şərt qoymalıdı: əgər ölkədən kənara
yollanırsa, növbəti 3 ildə geri qayıtmayayacaqsan. Yaxud AFFA yaxşı münasibətdə
olduğu federasiyalarla qeyri-rəsmi müstəvidə danışıqlar aparıb, milli üzvlərinin
legioner həyatı yaşamasına yol açmalıdı. Necə ki, 12-13 il əvvəl Fuad Musayev
belə etmişdi.
İki il əvvələdək 350-400 minlik kontrakt təklifinə
ağız büzən Kamran Ağayev və başqaları indi bundan az qala 10 dəfə az məbləğə
razılıq verir, yenə də qayıdıb Azərbaycana gəlirsə, «pirojki dövrü»nə qayıdışın
müsbət təsirindən danışmağa dəyməz. Zehin olaraq bugünün futbolçusu çox geriləyib.
Aza qanedilər, futbol oynamırlar, futbolla oynayırlar. Yeməkdən doymayan
futbolçu yalamaqla doyacağını zənn edir, biz nə qoyub, nə axtarırıq?”.
Emin Abbasov (Sportal.Az):
“Bu səfalət dönəmində futbolçularımızın xaricə üz
tutması real görünür. Ancaq burda bir həssas məqam var. "Peraşki
dövrü" dediyimiz o vaxtlarda Ukraynaya, İrana üz tutanlar arasında Samir
Əliyev, Kamal Quliyev, Mahmud Qurbanov, Ceyhun Sultanov kimi futbolçular vardı.
İndi o səviyyədə gənc futbolçularımız varmı "Dinamo"ya,
"Şaxtyor"a qarşı oynaya bilsinlər? Təəssüflə deməliyik ki, bizim
futbolçulara yalnız Türkiyənin PTT Liqasında ehtiyac var. Amma bizim üzdə olan
futbolçularımız heç orda da özlərini böyük ölçüdə göstərə bilmirlər. Bizim
futbolu inkişafdan saxlayan səbəblərdən biri səhv istiqamətdə xərclənən pullar
idi. Ancaq problemin kökü çox dərindi. Pulsuzluq gəldi deyə, futbolumuzda
inkişafın olacağını gözləmək doğru deyil...”.
Ceyhun Aliyev (Futbolinfo.az):
“Həmin illərlə indiki dövr arasında fərq var. Ovaxtlar
Sovet sistemindən qalma futbol məktəbləri tam dağıdılmamışdı. Bu üzdən də Samir
Əliyev, Mahmud Qurbanov, Vadim Vasiyev, Cahangir Həsənzadə, Fərrux İsmayılov,
Kamal Quliyev kimi istedadların xidmətində maraqlı olan əcnəbi klublar var idi.
Adını sadaladığım futbolçular nə qədər istedadlı olsalar da, bir o qədər də
bünövrələrini qoyan məşqçilərinin zəhməti sayəsində xaricdə özlərini sübuta
yetirə bilmişdilər. Bu gün isə hətta U-17 yığmasına futbolçu tapa bilmirik.
Türkiyənin 3-cü sort oyunçularına saxta pasport verib, “azərbaycanlı” statusu
ilə meydana çıxarlar. Əsas
yığmamız da eyni kökdədi.
Əlbəttə, azərbaycanlı
futbolçular yaranan vəziyyətdə xarici klublara keçməyə can atacaqlar. Amma
onlara tələbat “pirojki dövrü”ndəki kimi olmayacaq. Çünki yuxarıda qeyd etdiyim
səviyyə fərqi göz qabağındadı. Pulsuzluğun yeganə üstünlüyü növbəti nəslə müsbət
təsir etməsində üzə çıxa bilər. Yəni, harınlamamış futbolçu məşqlərdə ikiqat əzmlə
çalışacaq ki, xarici klubların maraq dairəsinə düşməyə nail olsun. İndikilər isə...
Bir kəslərdə ki, əcnəbilər gəlib millilərinin formasını geyinəndə xəcalət hissi
yaramır, onların xaricdə kiməsə lazım olacağına inanmıram”.
İlqar
Tagiyev (Het Trik News qəzeti):
“Yaxşı yadımdadır, müstəqil çempionatımızın
keçirildiyi ilk illərdə Azərbaycanda ən bahalı futbolçuların transferi ya
«Jiquli» markalı avtomobil, ya da 1-2 otaqlı evə başa gəlirdi. Neçə-neçə futboçu tanıyıram ki, onlar
bir klubdan başqasına keçəndə məhz rəhbərlik qarşısında bu tələbi qoyurdular.
Daha artığını qazanmaq və irəli getmək
üçün bir çox futbolçularımız Rusiya, Ukrayna, İrandan gələn təklifləri qəbul
edirdilər ki, bu da həm onların inkişafına, həm də futbolumuzun gələcəyinə
nikbin baxmağa nədən olurdu. Futbolumuza milyonların axdığı bir vaxtda
futbolçuların qiymətləri süni şəkildə artırıldı ki, bu da xaricə legioner
axınının qarşısını aldı. Dolayısı yolla futbolumuzun inkişafı ləngidi. Hazırki
vəziyyətdə klublar futbolçulara yüksək məvacib verməkdə maraqlı deyillər. Çünki
2-3 il əvvəl 1 futbolçuya verilən pulla indi bəzi klublarımız mövsümü yola verə
bilərlər. Əlbəttə, hər bir futbolçu daha çox pul qazanmaq istəyir. Əgər həmin
pul Azərbaycan futbolunda yoxdursa, həmin futbolçu xaricə getməkdə maraqlı
olacaq. Başqa sözlə, devalvasiya futbolçularımızın əcnəbi klublara getməyə məcbur
edəcək ki, bunu «pirojki dövrü»nə qayıtmaq kimi deyil, məcburiyyətdən atılan
addım kimi qiymətləndirərdim. İnanın ki, bu gün xaricdə özlərinə iş yeri
axtaran futbolçular futbolumuzda vəziyyət düzələn kimi yenə də geri dönəcəklər”.
Vüsal Gözəlov (Stadium.Az):
“O vaxt xaricə üz tutan futbolçular sovetin köhnə kişilərindən olan uşaq məşqçilərindən futbolun sirlərin öyrənmişdilər. İndi isə bu iş ölkə futbolunda o qədər bərbad durumdadır ki, AFFA Türkiyənin, Almaniyanın 19-cu (misal üçün) həvəskar liqasında aşağı yaş qruplu millilərimiz üçün futbolçular axtarır. İndi isə cəmi 1-2 futbolçumuz var ki, onlar xaricdə, məsələn, Türkiyə, Ukrayna, Rusiyada ortabab klublarda futbol oynaya bilər. Bu isə onlar üçün əlavə çətinlikdir. Çünki ora getsələr özlərini yenidən sübut etmək lazım gələcək, bunu isə istəmirlər. Çünki özlərini əlavə çətinliyə salmaq istəmirlər. Ölkəmizdə futbolçu problemi o həddə çatıb ki, bir nömrə hesab etdiyimiz Kamran Ağayevi indi Türkiyə PTT 1-ci liqasında da bəyənmirlər. Hətta Səlahət Ağayevə belə menecerlər orada klub tapa bilmədi. Demək, bizim futbolçulara təlabat duymurlar. Əgər gənc Qara Qarayev İspaniyanın ortabab klublarından olan “Malaqa”da oynamaqdan imtina edib, Bakı “İnter”inə gələməyə üstünlük verirsə, bizim futbolçularda təfəkkür problemi var. Qara da bunun bariz nümunəsidir. Necə deyərlər, sizdən futbolçu olmayıb, olmayacaq da”.
Xanoğlan İMANOV
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |