Şəhriyar Rəhimov: "Əvvəlcədən nəsə demək düzgün olmaz"

27.01.2016 | 2859 dəfə oxunub

"Komandamızda hər şey qaydasındadır. Məşqlərdə plan üzrə işləyir, verilən tapşırıqları yerinə yetirməyə çalışırıq”.

 Stadium.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Şəhriyar Rəhimov klubun saytına deyib. O, komandanın hazırlıq prosesi haqda bunları bildirib:

"Bildiyiniz kimi, təlim-məşq toplanışının ilk mərhələsində Yevlaxda fiziki yöndə hazırlıq keçdik. O dövrdə çox yorğunluq vardı. Yavaş-yavaş özümüzə gəlirik. Bakıda isə əsasən yoxlama oyunları keçirib, toplu məşqlərə üstünlük verdik. Məncə, indi keçdiyimiz məşqlərlə çatışmayan cəhətlərimizin üzərində işləməklə  çempionata tam hazır vəziyyətə gələcəyik”.

Şəhriyar Rəhimov onları uzun marafonun ikinci hissəsi gözlədiyini vurğulayıb:

 "Əvvəlcədən nəsə demək düzgün olmaz. Amma söyləməliyəm ki, Yevlaxdakı məşqlərin bizə çox köməyi olacaq. Fiziki cəhətdən komanda yaxşıdır. Bakıda isə oyun sistemini təkmilləşdirməyə, daha da yaxşılaşdırmağa çalışırıq. Ümid edirəm ki, komandamız baxımlı futbol sərgiləyib, inamla mübarizə aparacaq və bunun sayəsində uğur qazanacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail