Tuyqun Nadirov: "Biz tez-tez Rumıniya mətbuatının məşqçimizlə bağlı bəzi uydurmalarına rast gəlirik"

15.10.2011 | 6396 dəfə oxunub

«Xəzər Lənkəran» mövsümə çoxlarının gözlədiyinin əksinə, uğurlu start götürdü. Komanda keçirdiyi 8 oyunun yalnız 1-də məğlub olub, 1-də isə heç-heçə edib. Lənkəran klubunun ilk uğursuzluğu sonuncu turda «İnter»lə qarşılaşmaya təsadüf etdi. «XL»in vitse-prezidenti Tuyqun Nadirov «Sport Favorit»ə verdiyi müsahibədə mövsümün startı, komandanın hazırkı vəziyyəti barədə danışdı.

«İnter»lə oyunadək «Xəzər» çempionatda fırtına kimi əsirdi. Əvvəlki kimi güclü olmayan rəqiblə matçda komandaya qələbə qazanmaqda nə mane oldu?
- Həmin matçda «İnter» çox yaxşı, əzmkar oyun nümayiş etdirdi. Bu, bəlkə də rəqib komandanın mövsümün startından ən yaxşı oyunu idi. Sanki «İnter» bu qarşılaşmaya başqa motivasiya ilə çıxmışdı. «Xəzər Lənkəran» da bu görüşdə qələbə qazanmaq istəyirdi. Biz hər oyuna maksimum nəticə üçün çıxırıq. Məğlubiyyəti normal qarşılamaq lazımdı.
Avropa Liqasından sonra klubunuz yaxşı günlər yaşamadı. Əvəzində ölkə çempionatına əla başladız. Belə start gözləyirdiz?
- Həmin vaxt klubun siyasəti müəyyənləşirdi. Görünür, biz düzgün yoldayıq ki, uğurlu nəticələr qazanırıq. Komandaya gənc oyunçular cəlb olunub. Gələcəkdə də bu siyasəti davam etdirmək niyyətimiz var. Məncə, bizim strategiyamız doğrudu və nəticəsini verməkdədi. Sözsüz ki, uğurlu start bizi çox sevindirir. İndi bu tempi qoruyub, saxlamaq tələb olunur.
Növbəti turda rəqibiniz «Simurq» olacaq. Artıq rəqiblərinə ciddi başağrısı yaradan Zaqatala təmsilçisindən təhlükə gözləmirsiz?
- Bizim üçün rəqibin kim olmasının fərqi yoxdu. Hədəf üç xaldı. «İnter»lə oyunu unutmuruq. Düşünürəm ki, həmin qarşılaşmada futbolçular rəqibi kifayət qədər qiymətləndirməmişdilər. Bir az arxayınçılıq var idi. Digər tərəfdən, mövsümün bütün oyunlarında qələbə qazanmaq da real deyil. Belə nəticələr qaçılmazdı. Amma «Simurq»la matçda belə olmayacaq.
«Qarabağ»la matçdan sonra Elnur Allahverdiyevin cəzalanması gündəmə gəlmişdi...
- Həmin oyuna görə Elnur cəzalanmadı. Çünki buna ehtiyac yox idi. Futbolda belə kobudluqlar olur. Bu, normal sayılmalıdı. Məsələni mətbuat bir az şişirtmişdi. Guya, Elnur rəqib futbolçuya bilərəkdən ciddi xəsarət yetirmişdi. Amma sonradan məlum oldu ki, vəziyyət elə deyil. Digər oyunlarda futbolçulara yetirilən xəsarətlərə diqqət yetirsək, Elnurun həmin anda qeyri-adi bir hərəkət etmədiyinin şahidi olarıq. Sadəcə, futbolçumuz sərt oynamışdı. Biz klubda toplantı keçirib, ona cəza verməməyi düşündük.
Elnur millidən imtina edəcəyini deyib. Bunu necə qarşıladız?
- Xeyr, Elnur millidən imtina etməyib. Yəqin ki, belə bir şey olmayacaq. «Xəzər Lənkəran» daim millinin maraqlarını nəzərə alıb. Odu ki, əsas futbolçularımızdan birinin imtinasından söhbət gedə bilməz. Əgər yığma rəhbərliyi onu komandada görmək isəyərsə, hər bir futbolçu kimi, Elnur da bu formanı geyinməlidi.
Adrian Skarlatakenin geri qayıtması gündəmə gəlib. Dönüş baş tutacaq?
- Skarlatakenin «Xəzər Lənkəran»la müqaviləsi var. Onun qüvvədə olan müqaviləsi əsasında FİFA-ya şikayət etmişik. Hazırda bu istiqamətdə proses gedir. Hər şey futbolçunun özündən asılıdı. O, qayıtmaq istəsə, qapımız açıqdı. Bu barədə hazırda dəqiq bir söz deməyə çətinlik çəkirəm.
Bəs onun özü necə, Lənkərana qayıtmaq istəyir?
- Əgər Skarlatake «Xəzər»də oynamaq istəməsəydi, yayda komandamızın keçirdiyi təlim-məşq toplanışında iştirak etməzdi. Sadəcə, bəzi menecerlərin dırnaqarası səyi nəticəsində belə bir problem yaranıb. O, əvvəlki klubu «Dinamo»ya qayıdıb. Biz isə hüquqlarımızı sonadək qorumaq niyyətindəyik.
Əvvəlki mövsümlərdə komandanız hakimliklə bağlı ciddi problemlərlə üzləşirdi. Artıq 8 tur arxada qalıb. Bu dəfə vəziyyət necədi?
- Mövsümün dörddəbir hissəsi arxada qaldı. Hələlik ciddi hakimlik səhvləri olmayıb ki, biz etirazımızı bildirək. Biz görüntü xətrinə hakimlərdən şikayət etmirik. Elə mövsüm olub ki, «Xəzər Lənkəran» cəmi bir neçə dəfə hakimlikdən narazı qalıb. Vaxt da olur ki, 10 dəfə hakimliklə bağlı etiraz səsimizi qaldırırıq. Bu mövsüm oyunlarımıza təyin olunan hakimlərin ciddi səhvləri ilə üzləşməmişik. Düzdü, səhvlərin olması normal haldı, amma gərək, qərəz olmasın. İstərdik ki, bütün turlarda oyunlar ədalətli idarə olunsun.
Sonuncu sualımız baş məşqçi Mirça Redniklə bağlıdı. Yayılan xəbərlərə görə, mütəxəssisin başı ev alqı-satqısındakı problemə qarışıb. Bu, komandanın çıxışına təsir edə bilər?
- Mirça Rednik hazırda Lənkərandadı. Komanda onun rəhbərliyi ilə növbəti tura hazırlıq keçir. Hər bir insanın şəxsi biznes ola bilər. Bəli, Rednikin bir neçə ölkədə əmlakı var, zəngin insandı. Belə deyək də, o, sırf məşqçilik fəaliyyəti ilə qazanmır. Rednik həm də şəxsi biznesini qurub. Onun bu baxımdan hər hansı problemi yoxdu. Biz tez-tez Rumıniya mətbuatının məşqçimizlə bağlı bəzi uydurmalarına rast gəlirik. İlyarım ərzində rumın mətbuatında heç də hamının obyektiv olmadığının şahidi olmuşuq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail