Bəhruz Şirəliyev: "Klaudiney and-aman edir ki..."

"Rəvan" təhqiredici jestlə bağlı məsələni qapadı

18.10.2011 | 6032 dəfə oxunub

“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev Premyer Liqanın son turunda Reys Klaudineyin “Qarabağ” azarkeşlərini təhqir etməsinə dair məsələ ilə bağlı yekun qərarlarını açıqlayıb.

Stadium.az xəbər verir ki, o, Azerisport.az saytına açıqlamasında qonaq komandanın azarkeşlərinə orta barmağını göstərən braziliyalı futbolçu haqda daha sərt cəza veriləcək dəlil tapmadıqlarını dilə gətirib:

“Mən bir daha Klaudineylə görüşdüm. O, and-aman edir ki, tərəfindən heç bir xoşagəlməz hərəkət olmayıb. Lakin bununla kifayətlənməyib, həmin hadisəyə yaxın olan futbolçularla da görüşüb, söhbətləşdim. Onlar da bu söhbəti inkar etdilər. Videoda da heç nə görünmür. Buna baxmayaraq, mən ona kəskin şəkildə xəbərdarlıq etdim. Beləcə, qabaqlayıcı tədbir görmüş olduq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail