"Hələ ki Bakı Olimpiya Stadionunda toy etmək üçün müraciət edən olmayıb"

29.02.2016 | 2765 dəfə oxunub

"Hələ ki Bakı Olimpiya Stadionunda toy etmək üçün müraciət edən olmayıb". Stadium.Az xəbər verir ki, bu sözləri açıqlamasında Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva deyib. O qeyd edib ki, stadionla maraqlananlar olsa da, konkret iş hələ ki yoxdur.

Martın 19-da keçiriləcək toy mərasimi barədə xəbərə gəlincə, C.Mehdiyeva heç də hər şeyin yazıldığı kimi olmadığını vurğulayıb.

"Əslində martın 19-da heç bir toy planlaşdırılmır. Bu yanlış məlumatdır. Bunu media səhv olaraq yayımladı. Doğrudur, stadiona maraq yüksəkdir. Bu təcrübə dünyada 43 ildir ki, tətbiq olunur, amma Azərbaycanda bu, ilkdir. Toyla bağlı müəyyən tarix, sifariş yoxdur. Biz yalnız məkanı icarəyə veririk, bütün təşkilat işlərini sifarişçi özü görür".

Toydan fərqli olaraq, C.Mehdiyeva stadionda artıq digər xidmətlərin istifadəyə verildiyini qeyd edib.

"Hal-hazırda burada sürücülük kursları var. Böyük ərazimizdə təhlükəsizlik kursları keçirilir. Burada şirkətlərin göndərdikləri sürücülər və fərdi şəxslər üçün müxtəlif hava şəraitləri, duman, qar, yağış fonu yaradılır. Bundan əlavə, stadionun ikinci mərtəbəsində idman barı açılıb ki, burada canlı yayımda müxtəlif matçları izləmək olar. Eyni zamanda, müxtəlif oyunlar, məsələn, bu yaxınlarda kvestlər təşkil olunacaq. Azərbaycanda belə əyləncə kompüter qarafikasında var, sadəcə, biz bunun real oyununu təşkil edəcəyik.

Əlavə olaraq turlar keçirilir, gündə 2-3 məktəbin şagirdləri bizə gəlir, fanatlar da gəlib stadiona baxırlar. 3 mini-futbol meydançası da tikilir, onlar yaxınlarda icarəyə veriləcək, hər kəs gəlib burada futbol oynaya bilər.

Eyni zamanda stadionumuzda tez-tez müxtəlif komandaların, o cümlədən "Neftçi" və  "Qəbələ"nin məşqləri keçirilir. 6-cı günlər Velosiped İdman Federasiyası ilə birlikdə veloyürüş təşkil olunur". (modern.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail