"Gəncədə həm meydançanın düzəldilməsi, həm də tribunaların quraşdırılması prosesinin 3 ay ərzində həyata keçirilməsi mümkündür"

01.03.2016 | 2776 dəfə oxunub

AFFA Klublar Komitəsinin (KK) sədri Fikrət Hüseynov bugünkü iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az xəbər verir ki, Fikrət Hüseynov əsas qərarın Gəncə şəhər stadionu ilə bağlı olduğunu bildirib.
 
O, arenanın tezliklə qaydaya salınmasının vacibliyini vurğulayıb: "Elə bahalı legionerlər, millinin oyunçuları var ki, o stadionda onların zədələnmə ehtimalı var. Belə tövsiyyə etdik ki, tezliklə həmin stadion hazır olsun. Çünki mayın 25-də Azərbaycan kubokunun finalı Gəncə şəhər stadionunda keçirilə bilər. Təbii ki, bütün işlər kompleks aparılacaq. Mənə elə gəlir ki, həm meydançanın düzəldilməsi, həm də tribunaların quraşdırılması prosesinin 3 ay ərzində həyata keçirilməsi mümkündür. "Qarabağ" klubu hazırda Tofiq Bəhramov adına Respublika stadionunda təmir işləri aparır. 3 ay ərzində bu iş yekunlaşmalıdır ki, komanda avrokubok oyunlarını orada keçirsin. Burada söhbət meydandan gedir. Mənə elə gəlir ki, Gəncə stadionuna oturacaqların quraşdırılması çox böyük zaman aparmayacaq".

Komitə sədri Premyer Liqada legioner rüsumunun azaldıması ilə bağlı qərarın AFFA İcraiyyə Komitəsinin gündəliyinə salınacağını bildirib: "Bu məsələni 2015-ci ildə 2-3 dəfə müzakirə etmişdik. Bu gün isə sonuncu oldu. Çünki martın 11-də konfransdır və İcraiyyə Komitəsinın iclası olacaq. PFL prezidentini də dəvət etdik və hər şeyi yoluna qoyduq. Konfransa AFFA-nın hüquqşünası Rəmiş Malıyevi də dəvət etmişdik. O Oyunçuların Statusu və Transferi ilə bağlı Əsasnamə hazırlayıb. Onu dinlədik və ayın 11-də İK-nın iclasında təsdiq olunacaq".

F.Hüseynovun sözlərinə görə, bugünkü iclasda müzakirə olunan digər məsələlər klubların üzləşdikləri sanksiyalarla bağlı olub: "Biz meydanda rəqibik, amma burada bir ailəyik. Bütün klub nümayəndələrindən soruşdum ki, bu gün sanksiyalar, oyunçularla bağlı problemlərin həlli istiqamətində işlər necə gedir? "İnter" qeyd etdi ki, eyni vaxtda onlarla yanaşı "Dnepr"ə də məktub gəlmişdi, amma Ukrayna klubuna sanksiya gəldiyi halda, "İnter"ə hələ heç bir sanksiya tətbiq olunmayıb. "Neftçi" Emil Mpenza ilə bağlı ödəmə edir. Bu məsələni də yoluna qoyur. "Xəzər Lənkəran" da eyni şəkildə, "İnter" kimi ödəməyə razılaşıblar. "Zirə"nin məsələsi hələ açıq qalır. Bu gün cari borcu olmayan klubu UEFA güzəştə gedərək, avrokuboklara buraxa bilər". 

KK sədri bildirib ki, daha bir müzakirə mövzusu futbolçuların klubdan-kluba keçərkən, təzminatın ödənilməsi ətrafında olub: "Məsələn, uşaq 15, 16 yaşda müqavilə imzalayıb digər kluba keçəndən sonra onun məsələsi necə olacaq? Bununla bağlı əsasnamə hazırlanıb və biz də tanış olduq. Bütün klublara bu əsasnamə göndərilib və AFFA-nın konfransında təsdiqlənəcək".
Klubların uşaq komandalarının təhsil aldıqları orta məktəblərdən müvafiq liqanın oyunlarına buraxılma məsələsinə gəldikdə, F.Hüseynovun sözlərinə görə, problem təxminən 70-80 faiz yoluna qoyulub. Təhsil Nazirliyinə, klublardan AFFA-ya məktublar göndərilib: "Məsələ tam həll olunmayıb, amma yoluna qoyulur. Təhsil Nazirliyi uşaqları dərsdən azad etməyə tam razılıq verməsə də, bu istiqamətdə iş gedir. Mənə elə gəlir ki, problem yoluna qoyulacaq". (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail