Elxan Məmmədov bombardirə mükafat verdi - FOTOLAR

20.10.2011 | 6016 dəfə oxunub

21 qolla «Kapital Bank U-15 Liqa»nın 2010-2011-ci il mövsümünün bombardiri olmuş Fəhmin Muradbəyli bu gün AFFA tərəfindən mükafatlandırılıb. Stadium.az xəbər verir ki, futbolçunun təhsil aldığı 277 saylı idman təmayüllü tam orta məktəbdə AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə keçirilən tədbirdə əvvəlcə məktəbin direktoru Ayaz Süleymanov çıxış edib. O, rəhbərlik etdiyi məktəbin şagirdinin belə uğur qazanmasından böyük sevinc hissi keçirdiklərini deyib və tədbirin məhz məktəbdə təşkil olunmasına görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Baş katib Elxan Məmmədov ölkəmizdə futbolun inkişafı məqsədilə müxtəlif turnirlərin təşkil edildiyini, «Kapital Bank U-15 Liqa»nın da belə turnirlərdən olduğunu deyib. «Kapital Bank U-15 Liqa»da ötən mövsüm ən çox qol vurmuş Fəhmin Muradbəylini təbrik edən baş katib, 277 saylı idman təmayüllü tam orta məktəbin kollektivinə təşəkkürünü bildirib.

Çıxışlar başa çatdıqdan sonra Fəhmin Muradbəyliyə AFFA-nın hədiyyələri təqdim olunub.
Sonda Elxan Məmmədov bildirib ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən 277 saylı idman təmayüllü tam orta məktəbin ərazisində süni örtüklü meydança quraşdırılaraq şagirdlərin istifadəsinə veriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail