"Vaqif bildirdi ki, daha Foqtsun qərarlarına dözə bilmir"

20.10.2011 | 5232 dəfə oxunub

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Vaqif Cavadovun 1 il müddətinə Azərbaycan yığmasından uzaqlaşdırılmasına münasibətini açıqlayıb. Staduim.az xəbər verir ki, Medvedev Azerisport.az-a müsahibəsində o, bunları dilə gətirib:

“Vaqiflə çoxdan dostam. Bunu Rauf Əliyevdən eşidəndə ona zəng vurdum və xahiş etdim ki, nə baş verdiyini anlatsın. O, bildirdi ki, yığmadan imtina etməyib. Sadəcə, daha Berti Foqtsun qərarlarına dözə bilmir. Bildirdi ki, alman məşqçinin rəhbərliyi altında oynamağa hazırlaşmır. Fikrimcə, yığma onsuz itirəcək. Şübhəsiz ki, onun yaxşı göstəriciləri var. Vaqif həmişə komandaya fayda verirdi. Düzdü, o, hazırda o qədər də yaxşı formada deyil. Amma o, nə vaxtsa yenə yaxşı forma yığacaq və yığmaya çağırılmasına ehtiyac duyulacaq”.
 
Maksim AÇ-2012-nin seçmə mərhələsinin son oyunlarına çağırılmamasına da münasibətini açıqlayıb: “Əlbəttə, yığmada olmağı həmişə istəyirsən: udanda da, uduzanda da. Amma bu dəfə yığmadan kənarda qaldım. Məsələn, Türkiyə ilə oyuna televizordan baxdım. Deməzdim ki, yığma İstanbuldakı oyunda pis təsir bağışladı. Avstriya yığmasıyla oyuna gəlincə, rəqib təbii ki, yaxşı komandaydı. Onlarla elə düz qazonda oynamaq elə də asan deyildi. Amma onlarla Tofiq Bəhramov adına Respublika stadionunda başqa cür oynamaq olardı. Avstriyalılara onda daha çətin olacaqdı. Onlara qarşı 10 nəfərlə oynamaq isə bizim üçün çox ağır oldu. Nəticədə də, elə yenilgiylə üzləşdik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail