Prosineçkinin biabırçı qərarı
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Qazaxıstan yığması ilə yoldaşlıq görüşündə öz klublarında müntəzəm çıxış etməyən bir çox futbolçuya yer verib.
Stadium.Az xəbər verir ki, xorvatiyalı mütəxəssisin şans verdiyi 17 futbolçudan 13-ü 2016-cı ildə çempionat qarşılaşmalarında sonadək meydanda olmayıb.
Onların yalnız 4-ü mövsümün ikinci yarısında, başqa sözlə son 8 turda keçirilmiş oyunları əvəz olunmadan başa vurub. 720 dəqiqəlik maksimum göstərici "Qarabağ"da çıxış edən Bədavi Hüseynov, Maksim Medvedev, "Kəpəz"in heyətində forma geyinən Namiq Ələsgərov və Tərlan Quliyevə məxsusdur. Lakin onlardan ilk 2-si Qazaxıstana qarşı start heyətində meydana daxil olub. B.Hüseynov oyunu əvəzolunmadan keçirib. M.Medvedev isə yerini ikinci hissədə Məhəmməd Mirzəbəyova verib. M.Mirzəbəyovu "Qəbələ"nin heyətində son 8 oyunluq maksimum göstəricidən cəmi 10 dəqiqə ayırır. O, 720 dəqiqənin 710-da komandasının uğuru üçün çalışıb. Son 8 oyunun hamısında meydanda olan N.Ələsgərov aktivində 288 dəqiqə olan Əfran İsmayılovu 61-ci, T.Quliyev isə Premyer Liqada bu il 540 dəqiqə meydanda olmuş kapitan Rəşad Sadıqovu 46-cı dəqiqədə əvəzləyib.
B.Hüseynovdan başqa Kamran Ağayev, Arif Daşdəmirov, Ruslan Qurbanov və Dmitri Nazarov da yoldaşlıq görüşünü əvəz olunmadan keçirib. Halbuki adıçəkilən oyunçuların klublarındakı çıxışlarına nəzər salsaq, 2016-cı ildə Nazarovun "Karlsrue"nin heyətində cəmi 180 dəqiqə meydanda olduğunu görərik. K.Ağayevdə bu göstərici 450, A.Daşdəmirovda 715, R.Qurbanovda isə 589 dəqiqədir.
Millinin heyətində çıxış edən futbolçulardan Ruslan Abışov, Cavid Tağıyev və Elvin Məmmədov da oyuna əvəzetmədən daxil olub. Hər üç futbolçunun 2016-cı ildə çempionatda meydanda olma göstəriciləri aşağıdır. R.Abışov 270, E.Məmmədov 315, C.Tağıyev isə cəmi 75 dəqiqə oynayıb. Maraqlı məqam R.Abışovun Q.Qarayevi, E.Məmmədovun Araz Abdullayevi əvəzləməsi yox, komandasının heyətində 8 oyunun 7-də forma geyinən Ağabala Ramazanovun yerinə oyun praktikası hamıdan aşağı olan C.Tağıyevin meydana daxil olmasıdır.
Ad və soyadı | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | CƏMİ |
Kamran Ağayev | ---- | --- | --- | 90 | 90 | 90 | 90 | 90 | 450 |
Bədavi Hüseynov | 90 | 90 | 90 | 90 | 90 | 90 | 90 | 90 | 720 |
Arif Daşdəmirov | 90 | 90 | 90 | 90 | 5 (86) | 90 | 90 | 90 | 715 |
Ruslan Qurbanov | 81 (S) | 90 | ---- | 90 | 61 (S) | 87 (S) | 90 | 90 | 589 |
Dmitri Nazarov | 33 (57) | 29 (61) | --- | 44 (46) | --- | --- | 74 (S) | --- | 180 |
Maksim Medvedev(-46) | 90 | 90 | 90 | 90 | 90 | 90 | 90 | 90 | 720 |
Rəşad Sadıqov (-46) | 90 | 90 | 90 | 90 | 90 | 90 | --- | --- | 540 |
Qara Qarayev(74) | 25 (75) | 2 (88) | ---- | 30 | 60 (S) | 90 | 90 | 90 | 387 |
Araz Abdullayev(-69) | 90 | 90 | 90 | 90 | 5 (86) | 90 | 90 | 90 | 715 |
Əfran İsmayılov(-61) | 75 (S) | 22 (68) | 90+2 | 26 (64) | 40 (50) | 7 (83) | 16 (74) | 12 (78) | 288 |
A. Ramazanov (-46) | 90 | ---- | 90 | 79 (S) | 90 | 90 | 90 | 90 | 619 |
M. Mirzəbəyov(+46) | 90 | 90 | 90 | 90 | 90 | 85 (S) | 85 (S) | 90 | 710 |
Tərlan Quliyev(+46) | 90 | 90 | 90 | 90 | 90 | 90 | 90 | 90 | 720 |
Ruslan Abışov(+74) | --- | --- | --- | ---- | ---- | 90 | 90 | 90 | 270 |
Elvin Məmmədov(+69) | 90 | 90 | 14 (S) | ---- | ----- | ---- | 31 (59) | 90 | 315 |
Namiq Ələsgərov (+61) | 90 | 90 | 90 | 90 | 90 | 90 | 90 | 90 | 720 |
Cavid Tağıyev (+46) | 37 (63) | 22 (68) | 1( 90+2) | ---- | ---- | 15 (75) | --- | --- | 75 |
Öz klublarında 90-cı dəqiqə və ya uzatma dəqiqələrində oyuna daxil olanların meydanda qalma müddəti 1 dəqiqə götürülüb. (Report)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |