Cavid Hüseynovun anası İlham Əliyevlə Mehriban Əliyevaya müraciət etdi
“Qəbələ” klubunun həbsdə olan futbolçusu Cavid
Hüseynovun anası Xalidə Hacıyeva Azərbaycan prezidenti İlham Əliyev,
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya müraciət edib.
Stadium.Az, müraciətdə bildirilib: “Sizə müraciət
etməkdə məqsədim oğlum Cavid Hüseynovun işinə ədalətli baxılmasını xahiş
etməkdir. Bütün ölkənin diqqətini cəlb edən hadisədə fotoreportyor Rasim
Əliyevin vəfat etməsi bir ana kimi məni də hədsiz kədərləndirdi. Bu hadisədə
oğlumun adının hallanması isə ikiqat zərbə oldu. İlk gündən hadisənin obyektiv
araşdırılacağına şübhə etmədiyimizdən istintaqın başa çatmasını gözlədik və
artıq ictimaiyyət də günahkarların kimliyini bilir. Bu hadisədən ölkəmizin
əleyhinə istifadə etmək istəyən xarici qüvvələrin təzyiqinə baxmayaraq, işin
obyektiv araşdırılması üçün hadisələri birbaşa nəzarətə götürən Cənab
prezidentimizə buna görə ailəmiz adından minnətdarlığımı bildirmək istəyirəm.
Bildirmək istəyirəm ki, əgər oğlum Cavid Hüseynovun bu hadisədə hansısa şəkildə
günahkar olduğunu bilsəydim, ilk olaraq özüm onun ölkəmizin qanunları
qarşısında cavab verməsini tələb edərdim. Çünki həyat yoldaşım Şakir Abbas oğlu
Hüseynov da daxil olmaqla, bu torpaq uğrunda şəhid olan oğullar ölkəmizin
yaşaması, qanunların aliliyinin qorunması üçün canlarından keçiblər”.
Müraciətdə X.Hacıyeva həyat
yoldaşının 1993-cü ildə Qarabağ döyüşlərində şəhid olduqdan sonra “İgidliyə
görə” medalı ilə təltif olunduğunu yazıb: “Atası kimi oğlum Cavid Hüseynov da,
dövlətə xidmət etməyi, çalışdığı sahədə ölkəmizin şərəfini qorumağı həmişə əsas
məqsəd sayıb. Üç azyaşlı uşaqla qaçqınlar üçün ayrılmış yataqxanalarda min-bir
əziyətləşəhid övladını “qatil” kimi böyütmək bizim tərbiyəmizə yaddır.
Cavidin məhz idman sahəsini
seçməsi, burda uğurlara nail olması, Milli komandada vacib qollar vuraraq
dövlətimizin idmanın inkişafına yönələn siyasətinə öz töhfəsini verməsi bir ana
kimi məni çox sevindirirdi. Son zamanlarda çıxış etdiyi “Qəbələ” klubunun bütün
Avropanı təəccübləndirərək uğurla irəliləməsi, minlərlə azarkeşin rəğbətini
qazanması oğlumun məsuliyətini daha da artırmışdı. Çox şadam ki, “Qəbələ”nin
tarixdə ilk dəfə qitə turnirlərində qrup mərhələsinə düşməsində,
Azərbaycanın çox az ölkəyə qismət olan uğura imza atmasında - bu mərhələdə iki
komanda ilə təmsil olunmasında Cavidin oyunun da rolu oldu. Digər oğlum – Köln
Universitetində təhsilini davam etdirən Şərif Hüseynovun da Vətən üçün layiqli
övlad və önəmli kadr kimi yetişəcəyinə inamım böyükdür. Amma baş verən məlum
bədbəxt hadisə ailəmizin hər bir üzvünü sonsuz narahat edir. Cavidin hadisənin
baş verməsində günahının olmadığı istintaqla təsdiqləndiyi halda, artıq 9 aydır
həbsdə qalması, onun həyatına, karyerasına və ailə üzvlərinə - 2 körpə uşağına
təsirsiz ötüşmür. Mərhum R.Əliyevin hadisədən dərhal sonra Daxili İşlər
Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat verdiyi halda, oğlumun
hadisəni bilib deməməkdə təqsirli bilinməsi nə dərəcədə məntiqə uyğundur? Və
yaxud istintaq materiallarında da Cavidin hadisədə iştirak edən qohumuna
“getmə” deməsi təsdiqini tapıb. Üstəlik onların mərhumla “söhbət eləməyə”
getmək istədiklərini söyləmələrində, Cavidin onları “söhbət etməyə
gedəcəklərini” bilməsində o qədər bağışlanılmaz cinayət tərkibinin olmadığını
hər kəs qəbul edir. Bunları nəzərə alaraq, bir ana kimi xahiş edirəm ki,
oğlumun hələ Azərbaycan idmanına kömək edə biləcək yaşda olmasına, atasının
“İgidliyə görə” medalı ilə təltif olunmuş şəhid olmasına, ilk dəfə belə halla
üzləşməsinə və nəhayət, iki körpə uşağına bağışlanmasına kömək göstərsiniz”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |