Kamran Ağayev: "Artıq Xəzər Lənkəranda qalmaq istəmirəm"

26.10.2011 | 8414 dəfə oxunub

"Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev müsahibəsində Premyer Liqanın 10-cu turunun “Bakı” ilə səfər oyununda (2:2) buraxdığı səhvə görə cəzalanmasından danışıb.
 
- Düzdü ki, sizi komandanın kapitan sarğısından məhrum ediblər?
- Bəli. Amma təkcə kapitan sarğısından məhrum etməyiblər, həm də qeyri-müəyyən müddətə əvəzedici heyətə göndəriblər. Heç bir problem yoxdu. Məşq edəcəm, əvəzedici heyətdə oynayacağam.

- Yəni, bu, “Bakı” ilə oyundakı yeganə səhvə görədi?
- Mən belə hesab etmirəm. Bu mövsüm komanda mənimlə heç bir oyunda uduzmayıb. Sadəcə, iki oyunda heç-heçə olub. Mən heç vaxt komandanı pis vəziyyətdə qoymamışam. Səhvlərdən isə heç kim sığortalanmayıb.

- Bəs onda belə cəzalanmağınıza səbəb nədi?
- Bu, artıq mənim baş məşqçi Mirça Redniklə aramdakı şəxsi münasibətlərdən irəli gəlir. O, hələ “Maccabi” ilə oyundan sonra məni komandadan kənarlaşdırmaq istəyirdi. Amma buna gücü çatmadı. Komanda ardıcıl qələbələr qazanmağa başlayandan sonra isə artıq öz bildiyini etmək ona asan oldu.

- Klubunuzu dəyişməyi istisna etmirsiz?
- Mənim müqaviləmin müddəti 2012-ci ilin yayında başa çatacaq. Böyük ehtimalla qışda məni transferə çıxaracaqlar. Mən buna qarşı çıxmayacağam. Artıq “Xəzər Lənkəran”da qalmaq istəmirəm. Digər tərəfdən yaxşı ki, elə məni transferə çıxarırlar. Daha özüm getmirəm. Altı il çıxış etdiyim komandadan belə getmək istəməzdim. Mən bu klub üçün çox əmək sərf etmişdim.
 
- Hara keçməyi düşünürsüz?
- Mənim təklif baxımından heç vaxt problemim olmayıb. Bu, həm yerli, həm də əcnəbi klublara aiddi. Heç hara getməyin fərqi də yoxdu. Hər şeyə qışda aydınlıq gələcək.

- Bilirsiz ki, bundan sonra kapitan sarğısını Rahid Əmirquliyev daşıyacaq?
- Bəli, o, əla futbolçudu. Milli komandanın üzvüdü. Sarğını daşımağa layiqdi.

- Klub rəhbərliyi ilə görüşmək istəmirsiz?
- Mənim klub rəhbərliyi ilə problemim yoxdu. Bu, məşqçinin qərarıdı, məndən narazı qalan odu.

Azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail