"Qəbələ"nin futbolçusu millidən uzaqlaşdırıldı

19.05.2016 | 5182 dəfə oxunub

Mayın 23-də Avstriyada təlim-məşq toplanışına start verəcək Azərbaycan millisinin heyətindən daha bir futbolçu çıxarılıb.

Stadium.Az xəbər verir ki, "Qəbələ"nin müdafiəçisi Arif Daşdəmirov zədəli olduğu üçün toplanışa qatılmayacaq.

İyunun 4-dək davam edəcək toplanışa dəvət edilən Eddi İsrafilov isə İspaniya çempionatının oyunları ilə əlaqədar hazırlıq prosesinə mayın 30-da qoşulacaq. Onun çıxış etdiyi İspaniyanın "Kordoba" klubunun qarşıda 4 çempionat matçı var. İsrafilov mayın 26-da Andorra, mayın 29-da isə Makedoniya ilə yoldaşlıq görüşlərini buraxacaq. O, yalnız Kanada ilə 2 iyun qarşılaşmasında iştirak edə biləcək. 

Qeyd edək ki, Azərbaycan millisi toplanış çərçivəsində Andorra, Makedoniya və kanada yığmaları ilə yoldaşlıq görüşü keçirəcək. Daha öncə "Qəbələ"dən zədli Elvin Camalovu "Kəpəz"in oyunçusu Budaq Nəsirov əvəzləyib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail