Serje Cehua: "Futbol üçün "acmışam"

26.10.2011 | 9924 dəfə oxunub

Məlum olduğu kimi “Qəbələ”rn hücum xəttini gücləndirmək niyyətilə bu ayın əvəllərində heyətə yeni rnfutbolçu cəlb etdi. Komandaya 3 həftə əvvəl qoşulan və əslən Fil Dişi rnSahillərindən olan afrikalı futbolçu “Qəbələ”nin heyətində qüvvəsini rnsınamağa imkan da tapıb.

27 yaşlı mərkəz hücumçusu indiyə rnqədər vətənində “Stella Club”la, yanaşı Cənubi Afrika Respublikasının rn“Kayzer Çiefs” və “Thanda Royal Zulu”, eləcə də Türkiyənin “Antalyaspor”rn komandalarında top qovub. Futbolçu “Qəbələ FK”ya açıqlamasında futbola rngəlişindən, yaxın keçmişindən danışıb.

Məktəbi atıb, birdəfəlik futbolu seçdim

rn - Ötən həftə “Qəbələ”nin MOİK-lə yoldaşlıq oyununu nəzərə almasaq, 4 rnaydır ki, futbol oynamırsınız. Futbol oynamaq üçün çoxmu darıxmısınız?
- Bəli, həddən çox darıxmışam.

- Futbola gəlişiniz necə olub?
rn - Fil Dişi Sahillərində, Abican şəhərində anadan olmuşam. 7 yaşıma rnçatanda valideynlərim və qardaşım istəyirdilər ki, yaşıdlarım kimi mən rndə məktəbə gedim, təhsil alım. Mən isə əksinə, futbolçu olmaq arzusunda rnidim. Doğrudur, bir müddət məktəbə getdim. Amma sonda məktəbi atıb, rnbirdəfəlik futbolu seçdim.

- İlk komandanız hansı olub?
- rnFutbolla doğma şəhərim Abicanın “Stella Club” komandasında məşğul olmağarn başlamışam. Hərçənd atam futbola getməyimin əleyhinə idi, amma sonda rnfutbol məktəbinə məni özü apardı. Futbolda ilk bilgilərimi “Stella rnClub”un Futbol Akademiyasında almışam. Peşəkar futbolçu kimi yetişdikdənrn sonra isə bir müddət bu komandanın heyətində ölkə birinciliyində çıxış rnetmişəm.
2002-dən 2005-ci ilə qədər, yəni komandanı tərk edənə rnqədər 50 oyunda 40 qol vurdum. “Stella Club”da oynayanda liqanın ikinci rnbombardiri idim.

- Sonra Cənubi Afrika Respublikasına yollandınız rnvə “Kayzer Çiefs”, daha sonra isə “Tahanda Royal Zulu” da oynadıınız. Burn klublardakı çıxışnız hansı əlamətdar hadisə ilə yaddınızda qalıb?
-rn 2005-ci ildə “Kayzer Çiefs”lə 3 illik müqavilə bağladım. 2 il bu rnkomandada oynadıqdan sonra növbəti il icarəli əsaslarla “Tahanda Royal rnZulu”da çıxış etdim.
“Kayzer Çiefs”də uğurlarım olub. Afrikada rn“Vodacom Challenge Cup” adlı qitəmiqyaslı bir turnir keçrilir. 2006-cı rnildə, turnirin əsasının qoyulmasından 4 il sonra yarışın qalibi olduq. rnHəmin il Cənubi Afrikanın ən yaxşı komandalarından olan “Orlando rnPirates”i, ardınca finalda “Mançester Yunayted“i məğlub edərək kuboka rnsahib çıxdıq. Mən isə ən sərrast futbolçuların siyahısında ikinci oldum.rn

Ödəməyə pulları olmadığına görə, keçidim baş tutmadı

-Bəs “Antalyaspor”a keçidin necə baş verdi?
rn - “Kayzer Çiefs”də Con Moşeu adlı futbolçu vardı. 2005-2006-cı illər rnmövsümündə bu futbolçu ilə “Kayzer Çiefs”in uğurları üçün tər tökmüşəm. rnCon bir dəfə dedi ki, yaxşı oynasam, daha doğrusu, çox qol vursam, məni rnTürkiyəyə aparacaq. O vaxt onun sözlərini zarafat kimi qəbul etmişdim. rnAmma o, sözünə əməl etdi və 2008-ci ildə məni “Kocaelispor”a apardı. 3 rnhəftə bu komandanın heyətində təlim-məşqlərdə iştirak etdim. Amma rnödəməyə pulları olmadığına görə, keçidim baş tutmadı. Sonra rn“Antalyaspor” mənimlə maraqlanmağa başladı. Elə oldu ki, bu komanda ilə rnyoldaşlıq oyununda oynadım və qol vurdum. Bu oyundan sonra rn“Antalyaspor”la müqavilə bağladım.


- 3 il “Antalyaspor”da rnoynamısınız. Türkiyə çempionatını Azərbaycan birinciliyi, “Antalyaspor”urn “Qəbələ” ilə müqayisə edə bilərsinizmi?
- Türkiyə çempionatında rnoynamaq daha çətindir. Əvvəla Türkiydə sürətli futbol oynayırlar. Buna rngörə də, futbolçunun fiziki hazırlığı yüksək olmalıdır. Həm də Türkiyə rnçempionatında daha güclü və səviyyəli futbolçular top qovur. Azərbaycan rnçempionatının da bir neçə oyununu izləmişəm. Futbolçuların səviyyəsi rnyaxşıdır. Sadəcə, futbolun səviyyəsi, oyunlarlın sürətinə görə rnçempionatınız qonşu ölkənin birinciliyindən geri qalır. “Antalyaspor”la rn“Qəbələ”ni müqayisə etsək, deyə bilərəm ki, eyni səviyyəli klublardır.

Adamsın məni harda görüb, bəyəndiyi özümə də sirdir

rn - Məlumat vardı ki, siz “Qəbələ”yə keçənə qədər Qətərdan olan bir rnklubla danışıqlarınız olub. Nə üçün həmin keçidiniz baş tutmadı?
- rnBu yay Qətərin “Əl Əhli” klubundan dəvət almışdım. Mənə viza açdılar, rnbiletimi aldılar. Qətərə yollandım və bir həftə komandanın düşərgəsində rnoldum. Hər şey qaydasında idi, müqavilə imzalamağa hazırlaşırdım ki, rngözlənilməz olaylar klubla münasibətlərimi rəsmişəldirməyə imkan rnvermədi. Belə ki, birdən-birə 3-4 menecer ortaya çıxıb mənim onların rnoyunçusu olduğumu iddia etdi. Halbuki, mənim heç vaxt şəxsi agentim rnolmayıb. Qəribə bu idi ki, mən həmin adamları ömrümdə birinci dəfə idi rngörürdüm. Klub isə baş tutacaq keçidin müqabilində kiməsə ödəmə etməli rnidi. İşin bu hala gəlməsi transferimi gerçəkləşdirməyə mane oldu. Buna rngörə də, Fransaya qayıtdım. Bir müddət sonra isə məni Azərbaycana dəvət rnetdilər.

- Baş məşqçimiz Toni Adam sizi harda görüb- bəyənib?
-rn Toni Adamsın məni harda görüb-bəyənməsdi mənim üçün də sirdir. Ola rnbilsin video görüntülərimi izləyib, ya da, Türkiyə çempionatında rnoyunlarımı görüb.

- “Qəbələ”də nəyə ümid edirsiniz?
- Qəbələyə rngəldikdən sonra 2 həftə ərzində Adamsın köməkçisi Fatih Kavlakın rnbaşçılığı altında hazırlıq keçdim. Ötən mövsüm zədə üzündən özümü rn“Antalyaspor”da sübut edə bilmədim. İndi isə necə deyərlər, acıqlıyam, rnfutbol üçün “acmışam”. Futbolçu kimi hələ çox faydalı olduğumu özümə də rnsübut etmək isətəyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail