Şahdağ”ın U-12 komandasının söz-söhbətə səbəb olan Milan səfəri

KLUB RƏSMİSİ: “...PULU ÖZÜMƏ GÖTÜRƏ BİLƏRDİM"

18.06.2016 | 3451 dəfə oxunub

Mayın 26-dan 29-a kimi QusarınŞahdağ" klubunun U-12 komandası İtaliyanın Milan şəhərindəQazprom" şirkətinin təşkil etdiyi turnirdə iştirak edib. Turnirdə 3 oyuna çıxan Qusar komandası hər 3 oyunda məğlub olub. Təmsilçimiz BelçikaStandard"ına ÇinYain Çao"na 0:2 RusiyaZenit"inə 0:3 hesabı ilə uduzub.

Uşaq futbolunda nəticə önəm daşımamalıdır. Aşağı yaş qruplarında qarşıya qoyulan əsas məqsəd futbolçu yetişdirmək olmadıjır. Bu nöqteyi-nəzərdənŞahdağ"ın U-12 komandasının Milanda məğlub olmasının, 3 oyunda 1 qol vurmamasının səbəblərini araşdırmağa ehtiyac görmürük. Məqsədimiz tamam başqadır. Komandanın Milan səfəri  bir çox söz-söhbətlərə yol açmışdı. Məsələn, nəyə görə komandanı Milana baş məşqçi kimi əsas komandanın çalışdırıcısı, cəmi 6 aydır Qusarda işləyən Adil Mahmudov aparmışdı? Bundan başqa, “Şahdağ"ın sabiq baş məşqçisi Telman Cavadov klub rəhbərliyini uşaqların valideynlərindən pul almaqda ittiham etmişdi. Onun sözlərinə görə, Milana gedən hər uşağın valideynindən 1000 manat pul alınmışdı. T.Cavadov haqlı idi? Nəhayət, nəyə görəŞahdağ"? Axı, bu klubun hazırki vəziyyəti hamıya məlumdur. Əsas komandası bərbad gündə olan klub U-12 komandasını hansı yolla Milana göndərə bilib? Bütün bu suallara səfərin əsas təşkilatçısı, “Şahdağ"ın mətbuat xidmətinin rəhbəri Rüstəm Əzimov aydınlıq gətirdi.

Rüstəm bəy öncə səfər təəssüratını bölüşdü. Onun sözlərinə görə Milandakı turnir uşaqlar üçün əsl futbol bayramı  oldu, təşkilatçılıq yüksək səviyyədə idi: “Hər komandaya bir nəfər xüsusi şəxs ayırmışdılar. Həmin şəxs nəzarətçi funksiyasını yerinə yetirirdi, məsləhət tapşırıqlarını verirdiBunun isə bizə böyük köməyi olduTürkiyəninBeşiktaş" klubu həmin turnirdə iştirak edirdi bizi ən yaxşı onlar qarşıladı. Əsl qardaş kimi idik. Bundan başqa, SuriyanınƏl-Vahda" klubu ilə yaxşı münasibət qurduqHəmin klubun uşaqları ilə bizim uşaqlar formalarını dəyişdilər. Eyni zamanda Belarusun BATE, QırğızıstanınDordoy", QazaxıstanınKayrat", UkraynanınVolın" BraziliyanınFluminense" klubları ilə xoş ünsiyyət yarada bildik. Braziliyalı uşaqların avtobusdaŞahdağ", “Azərbaycan" şüarları qışqırması qürurverici idi. Turnir uşaqların futbola baxışının müsbət yöndə dəyişməsi, günyagörüşlərinin artması üçün əla fürsət oldu. Uşaqlarımızın zəif nəticə göstərmələrinə gəlincə, turnir elə ciddi xarakter daşımırdı. Sadəcə, balacalar üçün futbol bayram idi. Bizə qarşı oynayan komandaların möhtəşəm infrasktruktur futbol akademiyası var idi. Standard" Belçikanı, “Zenit" Rusiyanı təmsil edirdi. Adlar özü hər şeyi deyir. Bu arada qeyd edim ki, turnirdəŞalke", “Atletiko", “Vest Hem" kimi komandaların heç biri finala çıxa bilmədi. Finalda SloveniyanınMaribor" MacarıstanınDebretsen" komandaları üz-üzə gəldilər Maribor” 1:0 hesabı ilə qalib gələrək kubokun qalibi oldu". 

Daha sonra Rüstəm Əzimov komanda ətrafında yaranmış söz-söhbətlərə münasibət bildirdi. Onun sözlərinə görə, Milana məhzŞahdağ"ın getməsi  özünün təhəbbüsü olub. Bu yöndə jurnalist Leyla Əmirova daŞahdağ"a kömək edib. Bir müddət əvvəl Leyla xanım Rüstəm bəyə belə bir səfərin olduğunu demişdi. Belə bir fürsəti əldən verməyən Rüstəm Əzimov komandanın Milana getməsi üçün əlindən gələni edib.

U-12 komandasını səfərə əsas komandanın baş məşqçisi Adil Mahmudovun aparması məsələsi birmənalı qarşılanmamışdı. Axı, Mahmudov 6 aydı Qusarda işləyir o uşaqların hazırlanmasında heç bir əməyi olmayıb. Məsələ burasındadır ki, komanda səfərə gedərkənŞahdağ"ın düşərgəsində təkcə Adil Mahmudov qalıbmış. Digər məşqçilər, o cümlədən uşaq futbolunda çalışan mütəxəssislər klubu tərk ediblərmiş. Bu üzdən komanda Adil Mahmudova tapşırılıb.

Nəhayət, gəldik əsas, Milana gedən hər futbolçunun valideynindən səfər üçün 1000 manat alınması məsələsinə. Klub rəsmisi bu ittihamlara belə cavab verdi: “Kimsə hər uşaqdan min manat aldığımızı deyirsə, sübut etsin. Bunu bacarsa, bütün Qusar camaatından üzr istəməyə, hətta tutduğum postan getməyə hazıram. Müəyyən məbləğin yığıldığını etiraf edirəm. Çünki səfərə getmək üçün uşaqlara forma, rəqiblərə hədiyyə vermək üçün vımpellər hazırlamaq lazım idi. Klubun sponsoru heç bir yardım göstərməyincə, bu işləri hansı pulla görməli idik? Sponsor pul vermir deyə, o cür səfərdən imtina etmək olmazdı. Axı bu, bizim klub üçün tarixi səfər idi. Mən heç öz cibimdən qədər pul xərclədiyimi demirəm. Bunu Bakıda bilən var, Qusarda. Belə baxanda, mənim kimə borcum var idi? Bu səfəri 3 min dollara başqa kluba satıb, pulu özümə götürə bilərdim. Amma əksinə, əlimdən gələni elədim ki, MilanaŞahdağ" getsin".


“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail