Böyükağa Hacıyev: "Xəzər Lənkəran"la qarşılaşma bizim üçün adi oyundur"

02.11.2011 | 4705 dəfə oxunub

"Neftçi" Unibank Premyer Liqasının XII turunda "doğma divarlar arasında" "Xəzər Lənkəran"ı qəbul edəcək. "Flaqman" cənub təmsilçisi ilə matçın hazırlıqlarına artıq 2 gündür start verib.

Komandanın baş məşqçisi Böyükağa Hacıyev hazırlıqla bağlı klubun rəsmi saytına müsahibə verib.

 - Böyükağa müəllim, "Xəzər Lənkəran"la oyunun hazırlıqları necə gedir?

- "Turan"la oyuna qədər komandamız 4 ağır görüş keçirmişdi. Bu səbəbdən də komandada yorğunluq sezilirdi, ona görə də futbolçulara 2 günlük istirahət vermişdim. "Xəzər Lənkəran"la oyunun hazırlığına dünəndən başlamışıq. Məşqlərimiz adi qaydada gedir. Bizim üçün bu fövqəladə oyun deyil, adi oyunlardan biridir. Rəqibi qiymətləndiririk. "Xəzər Lənkəran" yaxşı komandadır, amma "Xəzər Lənkəran" da unutmamalıdır ki, "Neftçi"yə qarşı oynayacaq. Hər şey oyundan sonra məlum olacaq.

 - Çoxları, eləcə də fanatlar bu qarşılaşmaya "Böyük oyun" adı veriblər.

- Biz oyuna həm də qardaşlıq prinsipindən yanaşırıq. İstər "Xəzər Lənkəran", istərsə də "Neftçi" ilk növbədə Azərbaycan futbolunun inkişafı naminə oynayır. Ona görə də mənə elə gəlir ki, bu oyunu çox da böyütməyə ehtiyac yoxdur. Bizim üçün adi çempionat oyunudur. Bu görüşün də qalibinə digər oyunlardakı kimi 3 xal veriləcək.

 - Amma bu 3 xal aradakı fərqi 1 xala qədər azaldacaq.

- O əsgər əsgər deyil ki, general olmaq istəmir. Biz də hər bir oyuna qələbə əzmi ilə çıxırıq. "Xəzər Lənkəran" da istisna təşkil etmir. Bəli, xal fərqi 4-ə bərabərdir, biz bu fərqi növbəti matçda lap azalda bilərik. Amma çempionatın bitməyinə çox var, digər rəqibləri də unutmaq olmaz, bir sözlə mübarizə hələ qarşıdadır.

 - Azarkeşlərə necə müraciət edərdiniz?

- Çalışacağıq ki, həm Lənkərandan gələcək qonaq azarkeşlər, həm də "Neftçi"sevərlər maraqlı, gözəl oyuna şahidlik etsinlər. Mən flaqmanın bütün azarkeşlərini həmin oyuna dəvət edirəm. Qurban bayramında biz də onları sevindirməyə çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail