"Qarabağ" 11 oyunu 8 stadionda keçirib

03.11.2011 | 6826 dəfə oxunub

Premyer Liqanın təsnifat mərhələsinin ilk dövrəsi başa çatdı. Stadium xəbər verir ki, "Qarabağ"ın ilk mərhələdəki nəticəsi rəqəmlərlə klubun rəsmi saytı tərəfindən təqdim edilib.
 
"Qarabağ" 4 dövrəlik yarışın ilk hissəsini 4-cü pillədə bitirdi. Mövsümə uğursuz başlayıb, daha sonra toparlanan, amma son oyunlarda yenə gözlənilməz xallar itirən klub hazırda liderdən 6 xal geri qalır.
 
"Qarabağ"ın mətbuat xidməti klubun ilk dövrədəki çıxışı ilə bağlı statistik məlumat hazırlayıb. Həmin məlumatları təqdim edirik:
 
*** "Qarabağ" sifariş vərəqəsinə 24 futbolçunun adını daxil edib
*** Amma 23 futbolçunun adı 11 tur ərzində "18-lik"də olub. 3-cü qapıçı Osman Umarov yeganə istisnadı
***  23 futbolçudan 20-si meydana çıxıb. Kamil Hüseynov 5, Elgiz Kərəmli və Təmkin Xəlilzadənin adı 2 dəfə matç siyahısında olsa da, meydana çıxmayıb
*** Sadəcə 4 futbolçu - Rəşad Sadıqov, Admir Teli, Namiq Yusifov və Ansi Aqolli 11 oyunun hamısında meydanda olub
*** 4 futbolçuyla yanaşı Boyan Pavloviç də ancaq start heyətində meydana çıxsa da, serb qolkiper 1 oyun az keçirib
*** Rəşad Sadıqov, Admir Teli və Namiq Yusifov əvəzlənmədən meydana çıxsa da, Ansi Aqoli VIII turda "Rəvan"la oyunda 70-ci dəqiqədə əvəzlənib
*** Boyan Pavloviçlə Georgi Adamiya 10, Maksim Medvedev, Rauf Əliyev, İlqar Qurbanov və Bəxtiyar Soltanov 9 oyunda forma şansı əldə edib
*** Əvəzetmələrdən ən çox oyuna daxil olan Bəxtiyar Soltanovdu - 6 dəfə
*** Dəqiqələr üzrə götürdükdə, Rəşad Sadıqov, Admir Teli, Namiq Yusifov 990 dəqiqəylə (100 faiz)  meydanda ən çox qalan olubsa, ilk turda zədələnən Zaur Həşimov cəmi 52 dəqiqə (5 faiz) olmaqla meydanda ən az qalan "Qarabağ"dı.
*** "Qarabağ" çempionatda 15 qol vurub (1 qolu AZAL-ın müdafiəçisi Arsenyeviç öz qapısına vurub). 10-nu isə öz qapısında görüb.
*** 14 qola 9 futbolçu imza atıb. Rauf Əliyevlə Georgi Adamiya hərəyə 3 qol vurmaqla liderdi. Əfran İsmayılov 2 dəfə qola sevinib. Rəşad Sadiqov, Rəşad Sadıxov, Ansi Aqolli, Admir Teli, Vüqar Nadirov, Leonardo Roşa isə hərəyə bir dəfə fərqlənib
*** İlqar Qurbanovla Rəşad Sadiqovun hərəyə 2 qol ötürməsi var
*** "Qarabağ" ilk 2 tur fərqləndikdən sonra 3 oyunda qol vura bilməyib. Son 6 oyunda isə komanda oyunu qolsuz tərk etməyib
*** 3 oyunda komanda qapısını toxunulmaz saxlayıb
*** 1  dövrə ərzində "Qarabağ"ı 3 futbolçu kapitan qismində meydana çıxarıb. Rəşad Sadiqov 7, Namiq 3, Fərhad Vəliyev isə 1 dəfə sarğını daşıyıb
*** 11 turda "Qarabağ"ın futbolçuları 20 sarı, 2 qırmızı vərəqə alıb. Daha dəqiq desək, 24 sarı vərəqə alınsa da, Rəşad Sadiqovla Georgi Adamiya 1 oyunda  2 dəfə sarı vərəqə almaqla qırmızını görüb (Sadiqov "Qəbələ", Adamiya AZAL-la oyunda komandanı azlıqda qoyub)
*** Ən çox sarı vərəqəni Rəşad Sadıqovla Maksim Medvedev alıb - 4 dəfə
*** Ümumiyyətlə, 11 futbolçu sarı vərəqəylə cəzalandırılıb, 9 futbolçu isə cəzasız ötüşüb
*** Admir Teli bütün oyunlarda əvəzlənmədən oynasa da sarı vərəqə almayıb
*** "Sumqayıt"la oyunda heç bir futbolçu vərəqə almayıb
*** "Qarabağ" ən çox vərəqəni AZAL - "Qarabağ" (1:3) oyununda alıb - 5 dəfə
*** "Qarabağ" oyununa 8 referi baş hakim kimi təyinat alıb
*** Anar Salmanov "Qarabağ"ın 3, Elnur Muradov isə 2 oyununu idarə edib. 6 hakim isə hərəyə bir dəfə fit çalıb
*** Dövrə ərzində 10 futbolçu zədə üzündən oyun buraxmalı olub
*** Ümumiyətlə, 11 turun hər birində zədə səbəbindən futbolçu oyunu buraxmalı olub
***  Dövrədə 10 futbolçu 27 dəfə zədə səbəbindən kənarda qalıb
*** 3 halda zədə ucbatından məcburi dəyişilmə edilib. Zaur Həşimov "İnter", Emin İmaməliyev "Kəpəz", İlqar Qurbanov "Sumqayıt"la oyunlarda mıhz bu səbəbdən vaxtından əvvəl oyunu tərk edib
*** Ən uzun zədə Emin İmaməliyevdə müşahidə olunub - 9 həftə
*** Zədə ucbatından ən çox AZAL-la oyunda əziyyət çəkmişik. Həmi oyun da 4 nəfər oynamayıb ki, bu da ilk dövrədə ən yüksək göstəricidi
*** "Qarabağ" 11 oyunu 8 stadionda keçirib. Ən çox Quzanlıda - 3 dəfə  meydana çıxıb. Eyni zamanda "Dalğa-Arena" da 2 dəfə ev oyunu keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail